Vaşinqton Seula 2,6 milyard dollarlıq silah satışını təsiqləyib

2018/09/456456_1536905978.jpg
Oxunub: 362     14:08     14 Sentyabr 2018    
Birləşmiş Ştatlar Cənubi Koreyaya ümumi dəyəri 2,6 milyard dollar olan hərbi satış paketini təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi bildirib.

Məlumata görə, paketdə 64 ədəd “Patriot” raketləri, 6 ədəd “P-SA Poseidon” dəniz patrul təyyarəsi və 510 milyon dəyərində dəstək xidməti nəzərdə tutulub.

“Boeing” tərəfindən istehsal edilən P-8A-nın kəşfiyyat və müşahidə, eyni zamanda sualtı, suüstü gəmi əleyhinə müharibədə istifadə edilə biləcəyi bildirilir.

Cənubi Koreya “Patriot” sistemlərini isə raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə istifadə edəcək. Bu raketlərin istehsalçısı “Lockheed Martin”dir.

Satışla bağlı Agentliyin yaydığı bəyanatda Şimali Koreya ilə aparılan nüvəsizləşmə prosesinə mənfi təsir etməməsi üçün bu satışın regiondakı fundamental hərbi balansı pozmadığı qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Vaşinqton   Seul   Silah-satışı  

Vaşinqton Seula 2,6 milyard dollarlıq silah satışını təsiqləyib

2018/09/456456_1536905978.jpg
Oxunub: 363     14:08     14 Sentyabr 2018    