Cənubi Suriyada İŞİD-in mövqeləri bombalanıb

2018/09/1068011236_1536903418.jpg
Oxunub: 460     13:36     14 Sentyabr 2018    
Suriya Quru Qoşunları ölkənin cənubundakı Sveydə bölgəsində fəaliyyət göstərən İŞİD terrorçularına qarşı əməliyyatı davam etdirir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Ordusuna yaxın mənbə məlumat yayıb.

Məlumata görə, SQQ Sveydənin ətraf bölgəsində yerləşən Əl-Səfa dağlarında İŞİD-in mövqelərinə bir neçə müxtəlif istiqamətdən eyni zamanda zərbələr endirib.

Bəzi iddialara görə, terrorçular artıq buradakı təchizat xətlərindən məhrum olublar. Bununla birlikdə SQQ bölgədə irəliləməyə davam edir. Artıq terrorçuların aclıq və susuzluqdan əziyyət çəkdikləri ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SQQ   Sveydə   İŞİD  

Cənubi Suriyada İŞİD-in mövqeləri bombalanıb

2018/09/1068011236_1536903418.jpg
Oxunub: 461     13:36     14 Sentyabr 2018    