“Vaşinqton üçün əsl müttəfiqinin kim olduğuna qərar vermə vaxtıdır” – Çavuşoğlu

2018/09/thumbs_b_c_a7eee4da2f194af5619aaabd3fc6342e_1536902670.jpg
Oxunub: 351     13:30     14 Sentyabr 2018    
“Türkiyə sərhədinin bir neçə kilometrliyində YPG qüvvələrinin Suriyada fəaliyyət göstərməyini heç nə ilə əsaslandırmaq mümkün deyil. Vaşinqton üçün əsl müttəfiqinin kim olduğuna qərar vermə vaxtı yetişib”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ifadə edib.

Çavuşoğlu “New York Times” nəşrinə yazdığı “Suriyada ortaya çıxan fəlakət” başlıqlı açıq məktubunda PKK-nın Türkiyədə uzun müddətdir davam edən şiddət kampaniyası apardığını vurğulayıb.

“YPG Türkiyədə 30 ildən uzun müddətdir ki, şiddət dolu terror kampaniyası aparan PKK-nın qoludur. Türkiyə ilə yanaşı, Birləşmiş Ştatlar və Avropa İttifaqı da PKK-nı terror təşkilatı kimi tanıyıb”, - deyə Çavuşoğlu qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çavuşoğlu   PKK   YPG   ABŞ  

“Vaşinqton üçün əsl müttəfiqinin kim olduğuna qərar vermə vaxtıdır” – Çavuşoğlu

2018/09/thumbs_b_c_a7eee4da2f194af5619aaabd3fc6342e_1536902670.jpg
Oxunub: 352     13:30     14 Sentyabr 2018    