Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-dən olan diplomatik mənbə bildirib.
Mənbənin sözlərinə görə, görüş bu ayın sonlarında BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutacaq. Görüşə həm də Avropa İttifaqının xarici siyasətdən məsul rəsmisi Federika Moqerini də qatılacaq.
Görüş zamanı Birləşmiş Ştatların müqavilədən təktərəfli olaraq çəkilməsindən sonra nüvə sazişinin qüvvədə qalmasını təmin edəcək tədbirlər üzərində müzakirələr aparılması gözlənilir.
Qeyd edək ki, 2015-ci ildə İran, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında imzalanan nüvə sazişi bu ilin mayında ABŞ-ın onu tərk etməsi ilə pozulma təhlükəsi altına düşüb.
Ağalar Ağalarlı
Ordu.az