Ermənistanın Suriyada iştirakı Qərbdən narazılıqla qarşılanacaq - Jamanak

2018/09/12816709_1536847827.jpg
Oxunub: 376     22:09     13 Sentyabr 2018    
"Suriyada Rusiya ilə Qərb bir birinə zidd siyasət yürüdür, Ermənistanın buna cəlb edilməsi Qərbin narazılığına səbəb olacaq".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu "Jamanak" qəzeti yazıb.

Qəzetdə, Ermənistanın qızğın daxili siyasi proseslər çərçivəsində olması önə çəkilməklə yanaşı, onun Qafqaz və ya Böyük Yaxın Şərq məkanında mürəkkəb bir bölgədə yerləşməsi qeyd olunur.

"Elə buna görə də İrəvanın artıq rəsmən Rusiya Federasiyası ilə Suriyada humanitar missiyanın həyata keçirilməsində iştirak edəcəyini açıqlamasını diqqətdən yayındırmaq olmaz. Bu arada, Suriya mövzusunda qərar böyük bir əhəmiyyət daşıyır. Qeyd edək ki, bu məsələ 2017-ci ildən Rusiya tərəfi ilə gündəmdədir və bu barədə sabiq müdafiə naziri Viqen Sarkisyan bəyan etmişdi.

Suriyada Rusiya ilə birgə humanitar missiyanın həyata keçirilməsi Rusiyanın Qərblə ziddiyyətli siyasəti kontekstində problemli bir məsələ olaraq görülür. Yəni Ermənistanın iştirakı Qərbdən narazılıqla qarşılanacaq", - deyə qəzet yazır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Suriya   Rusiya  

Ermənistanın Suriyada iştirakı Qərbdən narazılıqla qarşılanacaq - Jamanak

2018/09/12816709_1536847827.jpg
Oxunub: 377     22:09     13 Sentyabr 2018    