Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dəyəri 194,5 milyon dollar olan müqavilə çərçivəsində sözügedən ölkələrin donanmalarındakı P-8A “Poseidon” təyyarələri üçün təlim sistemləri çatdırılacaq.
Yeni imzalanmış müqavilənin Avstraliya və Birləşmiş Ştatların müxtəlif bölgələrində həyata keçirilməsi, 2023-cü ilin sentyabrına qədər tamamlanması planlaşdırılır.
Qeyd edək ki, P-8A dəniz kəşfiyyatı, müşahidə, sualtı gəmi əleyhinə təyyarədir. O, ABŞ, Hindistan və Avstraliya ordusu tərəfindən istifadə edilir.
Ağalar Ağalarlı
Ordu.az