Hindistan yeni raket izləmə gəmisini sınaqdan keçirəcək

2018/09/Indias-first-missile-tracking-ship-is-ready-to-hit-high-seas_1536846327.jpg
Oxunub: 282     21:45     13 Sentyabr 2018    
Hindistanı qabaqcıl okean nəzarət gəmiləri ilə təchiz edilmiş ölkələr arasında salan VC 11184 gəmisi dəniz sınaqlarına hazırlanır.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, hazırda belə gəmiyə sahib olan ölkələr ABŞ, Fransa, Rusiya və Çindir.

“Hindustan Shipyard Limited” kompaniyası oktyabrın ilk həftəsində VC 11184-ü Visaxapatnam sahillərində suya buraxacaq.

Hindistanın strateji silah proqramı çərçivəsində istehsal edilən VC 11184 öz növündə Hindistan donanmasının ilk gəmisidir. O, həm də Hindistanın ballistik raketdən müdafiəsinin ikinci mərhələsinə mənbə kimi planlaşdırılan ilk gəmidir.

Haqqındakı məlumatlar məxfi saxlandığından bir çox detallar hələlik məlum deyil. Bəzi məlumatlara görə, onun qiyməti 100 milyon dollara yaxındır. 300 nəfər daşıya bilən bu gəminin göyərtəsi helikopterlərin enməsi üçün uyğundur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Gəmi   Ballistik-raket  

Hindistan yeni raket izləmə gəmisini sınaqdan keçirəcək

2018/09/Indias-first-missile-tracking-ship-is-ready-to-hit-high-seas_1536846327.jpg
Oxunub: 283     21:45     13 Sentyabr 2018    