ABŞ HHQ “Apache” helikopterlərinin pərlərində problem aşkarlayıb

2018/09/41611774_318019215638319_1455863775834931200_n_1536846046.jpg
Oxunub: 435     02:34     14 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri yenicə təhvil aldığı “Apache” helikopterlərində sınaq uçuşları zamanı aşkarlanan nasazlıqla bağlı “Boeing”ə sorğu göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ hökumətinin hərbi satınalmalar üzrə mərkəzinin rəsmisi briqada generalı Tomas Tod bildirib.

O qeyd edib ki, 31 avqust tarixində təhvil verilən AH-64E helikopterlərin təxminən 10 günlük sınaq uçuşları zamanı aviasiya vasitələrinin pərlərində bir sıra nasazlıqlar müəyyən edilib.

Rəsmi nasazlığın nədən ibarət olduğunu bildirməsə də, helikopterlərin təhvil-təslim işlərinin saxlanıldığını bildirib.

Məlumata əsasən, “Boeing” artıq təhvil verdiyi helikopterləri baxış üçün geri çağırıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Apache   Nasazlıq  

ABŞ HHQ “Apache” helikopterlərinin pərlərində problem aşkarlayıb

2018/09/41611774_318019215638319_1455863775834931200_n_1536846046.jpg
Oxunub: 436     02:34     14 Sentyabr 2018    