Estoniya orta mənzilli HHM sistemi axtarışındadır

2018/09/41632388_341062843382940_7420801935197863936_n_1536845889.jpg
Oxunub: 343     01:17     14 Sentyabr 2018    
Estoniya hərbi rəhbərliyi NATO-nun tam nəzarətinin təmin edilməsi üçün yeni orta mənzilli hava hücumundan müdafiə sistemlərinin əldə edilməsini planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Estoniya Müdafiə naziri Jüri Lyuk bildirib.

O qeyd edib ki, hazırda NATO-nun ölkənin bəzi bölgələrində nəzarət zəifliyi mövcuddur ki, Estoniya hökuməti də bunun aradan aldırılmasını hədəfləyir.

“Uzun zamandır ki, Estoniyanın hava fəzasında mövcud olan bəzi boşluqların aradan qaldırılması ilə bağlı hər hansısa addım atılmır. Hazırda biz bu problemlərin aradan qaldırılması üzərində axtarışlar aparırıq. Ölkənin hava təhlükəsizliyinin tam təminatı məqsədilə daha yeni orta mənzilli hava hücumundan müdafiə sistemləri almağı planlaşdırırıq”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Estoniya   NATO   HHM-Sistemi  

Estoniya orta mənzilli HHM sistemi axtarışındadır

2018/09/41632388_341062843382940_7420801935197863936_n_1536845889.jpg
Oxunub: 344     01:17     14 Sentyabr 2018    