İspaniya silahların Ər-Riyada çatdırılmasına qərar verib

2018/09/41654960_1218818254923532_931414158363066368_n_1536845917.jpg
Oxunub: 406     00:48     14 Sentyabr 2018    
İspaniya Səudiyyə Ərəbistanı 400 ədəd lazerlə idarəolunan bombanın çatdırılmasını nəzərdə tutan müqaviləyə dair qərarını yeniləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər naziri Cozef Borel danışıb.

“Belə qərara aldıq ki, daha öncəki hökumət tərəfindən imzalanan və 2015-ci ilə aid müqaviləyə hörmət olaraq sözügedən bombalar çatdırılsın”, - deyə Borel bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanının Yəmən müharibəsində oynadığı roldan dolayı İspaniya hökuməti bu ölkəyə 400 lazerlə idarəolunan bombanın çatdırılmasını nəzərdə tutan müqavilənin ləğv edildiyini və ödənilən vəsaitin geri qaytarılacağını elan etmişdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İspaniya   Səudiyyə-Ərəbistanı   Lazer-Bombası  

İspaniya silahların Ər-Riyada çatdırılmasına qərar verib

2018/09/41654960_1218818254923532_931414158363066368_n_1536845917.jpg
Oxunub: 407     00:48     14 Sentyabr 2018    