Yeni İsveç hökuməti müdafiə xərclərinin artırılmasını planlaşdırır

2018/09/41688187_450688475453747_1700496046339129344_n_1536845716.jpg
Oxunub: 160     23:53     13 Sentyabr 2018    
Sosial Demokratlar partiyasının liderliyindəki sağ yönümlü koalisiya hökuməti qəbul ediləcəyi təqdirdə hərbi xərclərin artırılmasını vəd edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, son seçkilərdə 40,8 faiz səs toplayan sağ koalisiyası parlamentdə azlıq hökuməti formalaşdırmağı planlaşdırır və bundan öncə öz vədlərini elan edib.

Belə ki, verilən vədlər içində ən diqqət çəkəni hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılmasının planlaşdırılmasıdır.

Məlumata əsasən, hazırda 5,5-6 milyard dollar olan hərbi xərclərin qarşıdakı bir neçə il ərzində azı 2,3 milyard dollar artırılacağı və onsuz da inkişaf etmiş olan yerli hərbi sənayenin daha da inkişaf etdiriləcəyi bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsveç   Hərbi-Xərclər  

Yeni İsveç hökuməti müdafiə xərclərinin artırılmasını planlaşdırır

2018/09/41688187_450688475453747_1700496046339129344_n_1536845716.jpg
Oxunub: 161     23:53     13 Sentyabr 2018    