Yunanıstanda hərbi PUA qəzaya uğrayıb

2018/09/1068001454_1536845671.jpg
Oxunub: 451     21:34     13 Sentyabr 2018    
Yunanıstanın şimal-şərqində yerləşən Komotini şəhərindəki aeroportun yaxınlığında hərbi PUA qəzaya uğrayıb.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, “SAGEM Sperwer” kəşfiyyat PUA-sı yerli vaxtla saat 09:02 radələrində təlim uçuşu məqsədilə havaya qalxıb və Komotini aeroportunun 4 kilometrliyində qəzaya uğrayıb.

Qeyd edək ki, “Sperwer” Fransa firması SAGEM tərəfindən 2000-ci illərdə istehsal edilmiş PUA-dır. 2005-ci ildə “Safran”ı formalaşdırmaq məqsədilə kompaniya SNECMA ilə birləşdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yunanıstan   PUA  

Yunanıstanda hərbi PUA qəzaya uğrayıb

2018/09/1068001454_1536845671.jpg
Oxunub: 452     21:34     13 Sentyabr 2018    