Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi Misir Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hazırda Misir 2 ədəd yeni korvetin istehsalı ilə bağlı beynəlxalq tender elan edib.
Məlumata əsasən, tenderin başlıca favoritləri arasında Fransanın “Naval Group” və Almaniyanın “TyssenKrupp” şirkətləri gəlir.
Belə ki, Fransa təmsilçisi daha öncə 2014-cü ildə Misir üçün 4 ədəd korvetin istehsalı ilə bağlı müqavilənin qalibi olduğu üçün hazırkı tenderdə də qalibiyyətə daha yaxın görünür.
Qeyd edək ki, layihə nəticəsində ümumi dəyəri 1,2 milyard dollar olan 2 ədəd “Meko” 2000 korveti istehsal ediləcək. Tenderin qalibinin adına bu ayın sonuna qədər aydınlıq gələcək.
Dəyanət Ağalarlı
Ordu.az