ABŞ səfirliyi Ermənistandakı laboratoriyaları barədə açıqlama verdi

2018/09/56756_1536844918.jpg
Oxunub: 433     21:20     13 Sentyabr 2018    
"ABŞ hökuməti açıq laboratoriyaları təşviq edir və Ermənistandakı laboratoriyalara giriş məsələləri ilə bağlı qərarları Ermənistan hökuməti qəbul edir".

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfirliyindən Rusiya mütəxəssislərinin Ermənistanda yerləşən ABŞ laboratoriyalarına girməsinə icazə verilməsi haqqında suala cavab verərkən bildiriblər.

Cavab məktubunda qeyd edilir:

"ABŞ hökuməti Ermənistan hökumətinə xəstəliklərə reaksiya verilməsi və uçotunun aparılması imkanların təkmilləşdirilməsinə dəstək verir. Baş nazirin son dövrlərdə qeyd etdiyi kimi Səhiyyə və Kənd Təsərrüfatı Nazirliyi daxilində ictimai səhiyyə laboratoriyaları, o cümlədən bu müəssisələrə xarici rəsmi ziyarətçilərin daxil olması, Ermənistan hakimiyyətinin tam nəzarəti altındadır. Ümumiyyətlə, ABŞ hökuməti açıq laboratoriyaları təşviq edir və Ermənistandakı laboratoriyalara giriş məsələləri ilə bağlı qərarları Ermənistan hökuməti qəbul edir”.

Xatırladaq ki, erməni mətbuatı ABŞ səfirliyindən Ermənistan baş naziri Nikol Pashinyanın rusiyalı alimlərin Ermənistanda ABŞ laboratoriyalarına daxil olmasına icazə verməsi barədə bəyanatına münasibət bildirməyi xahiş edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ-laboratoriyaları  

ABŞ səfirliyi Ermənistandakı laboratoriyaları barədə açıqlama verdi

2018/09/56756_1536844918.jpg
Oxunub: 434     21:20     13 Sentyabr 2018    