Məxfi sənəd: İsrail ordusu müharibəyə hazır deyil

2018/09/567567567567_1536844388.jpg
Oxunub: 273     21:11     13 Sentyabr 2018    
İsrail ordusunun ombudsmanı general-mayor Yitzak Brik ordunun müharibəyə hazırlığını sərt tənqid edən hesabat yazıb.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, Brikin mövqeyi İsrail Baş Qərargah rəisi Qadi Ayzenkotun bu ayın əvvəlindəki hesabatı ilə təmamilə ziddiyyət təşkil edir.

Ayzenkotun hesabatında İsrail Müdafiə Qüvvələrinin müharibə hazırlığı yüksək səviyyədə dəyərləndirilsə də, Brik ötən həftə Müdafiə naziri Aviqdor Libermana tamamilə başqa şeylər deyən detallı dosya təqdim edib.

Libermanla yanaşı Ayzenkot, İMQ Baş Qərargahının əməkdaşları, Knessetin Xarici İşlər və Müdafiə Komitəsi ilə də paylaşılan dosyada İMQ-nin hazırlıq vəziyyətini yoxlayacaq və Ali Məhkəmənin nəzarətində olacaq xüsusi araşdırma komissiyasının yaradılması təklif edilib.

Qeyd edək ki, Brik ilk dəfə İMQ-nin hazırlığını iyun ayında ombudsmanın illik hesabatını təqdim edərkən tənqid etmişdi. O zaman hazırlığa dair konkret açıqlamalar verməsə də, tənqidlərinin əsasən təlim, təlim-məşqlər və quru qoşunları tərəfindən istifadə edilən silahlanma ilə bağlı olduğunu vurğulamışdı.

O zamandan sonra Brik Liberman, generallar və Knessetin komitəsinə İMQ-nin canlı qüvvə siyasətinə diqqət çəkən iki məktub göndərərək, böyük böhranın mövcudluğundan danışıb. Onun sözlərinə görə, bu böhran başda quru qoşunları olmaqla bütövlükdə İMQ-ni əhatə edə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Müharibə  

Məxfi sənəd: İsrail ordusu müharibəyə hazır deyil

2018/09/567567567567_1536844388.jpg
Oxunub: 274     21:11     13 Sentyabr 2018    