DF-26: Çinin ən yeni orta mənzilli ballistik raketi

2018/09/456546_1536843468.jpg
Oxunub: 355     20:50     13 Sentyabr 2018    
Çin Xalq Azadlıq Ordusunun Raket Qüvvələri (XAORQ) bu ilin aprelində DF-26 orta mənzilli ballistik raketi istifadəyə verdi.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vu Qiyan xüsusi təmtəraqla elan etmişdi.

“Raket Qüvvələrinin (RQ) yenicə istifadə verdiyi silah “Dongfeng-26” raketidir. Sınaq və əməliyyat yoxlanışlarından sonra bu raketlər artıq RQ-nin bütün bölmələrinə tədarük edilməyə hazırdır”, - deyə o bildirib.

O, daha sonra DF-26-nın xüsusiyyətlərindən və Çin ordusu üçün nə demək olduğundan danışdı: “Orta və uzaq mənzilli raketin yeni nəsli kimi, DF-26-nın 4 əsas özəlliyi var. Birincisi, tamamilə Çin tərəfindən müstəqil olaraq tədqiq olundu, təkmilləşdirildi və istehsal edildi. İkincisi, o, həm nüvə, həm də ənənəvi döyüş başlıqları daşıya bilir. Üçüncüsü, raket həm quru, həm də dənizdəki orta və böyük ölçülü kritik hədəflərə dəqiq zərbə endirə bilir. Ən nəhayət isə raketə bir çox yeni texnologiya tətbiq edilib. Bu isə onun səmərəliliyini artırır və inteqrasiyasını təkmilləşdirir”.

Vu qeyd etdi ki, ABŞ və Rusiyadan fərqli olaraq yeni silahın yerləşdirilməsinə baxmayaraq Pekinin nüvə silahına dair siyasəti “birinci istifadə etmə” olaraq qalır.

Hazırda tam əməliyyat qabiliyyətinə malik olan DF-26 3-4 min kilometr mənzilə sahibdir. O, 1200-1800 kiloqram nüvə və yaxud ənənəvi döyüş başlığı daşıya bilir. Bu o deməkdir ki, Çin ABŞ-ın Quam ərazisini hədəf ala, yaxud dənizdə gəmilərə dəqiq zərbə endirə bilər. 20 min kiloqram ağırlığındakı bu raketlə təkcə Quamı deyil, həm də Amerikanın “Nimitz” və “Ford” sinifli atom aviadaşıyıcılarını hədəf almaq olar.

DF-26-nın gəmi əleyhinə ballistik raket versiyası quru və dəniz obyektlərini hədəf almaq üçün dizayn edilib. Raketin bu variantının olduqca yüksək dəqiqliyə sahib olduğu güman edilir. Bəzi hesablamalarda onun xəta ehtimalının təqribən 10 metrə qədər olduğu iddia edilir. Lakin silahın bununla bağlı göstəriciləri dəqiq deyil.

Bəzi şayiələrə görə, ötən ilin mayında Koreya yarımadası yaxınlığındakı sularda sınaqdan keçirilən raket məhz DF-26 idi. Lakin bununla bağlı XAO-dan heç bir rəsmi açıqlama gəlmədi. Çin Müdafiə Nazirliyinin 2017-ci il mayın 9-da yaydığı bəyanatda raketin sınaqlarının bu yaxınlarda Bohay dənizində həyata keçirildiyi bildirildi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   DF-26  

DF-26: Çinin ən yeni orta mənzilli ballistik raketi

2018/09/456546_1536843468.jpg
Oxunub: 356     20:50     13 Sentyabr 2018    