İsrailli nazir: “İran nüvə proqramına qarşı hərbi cavabla üzləşə bilər”

2018/09/456456_1536842626.jpg
Oxunub: 230     20:42     13 Sentyabr 2018    
“Əgər İran dünya güclərinə meydan oxumağa və nüvə silahları təkmilləşdirilməsinə davam etməkdə təkid etsə, o, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin birbaşa hərbi cavabı ilə üzləşəcək”.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Kəşfiyyat naziri Yisrael Katz səsləndirib.

İsrailli nazirin bu bəyanatı İranın nüvə proqramı üzrə rəhbərinə cavab xarakteri daşıyır. Belə ki, İranın nüvə proqramına rəhbərlik edən Əli Əkbər Salehi ABŞ-ın sanksiyalarından çəkinmədiklərini və İranın uran zənginləşdirilməsinə uyğun sentrifuqalar tikməyə hazır olduğunu bəyan edib.

Katz Salehinin bu bəyanatını xatırladaraq, İranın bu yolu izləməyə davam edəcəyi təqdirdə ABŞ və müttəfiqlərindən birbaşa təhdidlə üz-üzə qala biləcəyini söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İsrail   İran   Nüvə  

İsrailli nazir: “İran nüvə proqramına qarşı hərbi cavabla üzləşə bilər”

2018/09/456456_1536842626.jpg
Oxunub: 231     20:42     13 Sentyabr 2018    