"Breaking Defense": ABŞ-ın yeni raketləri nüvə razılığını pozur

2018/09/565476576576_1536841414.jpg
Oxunub: 429     20:23     13 Sentyabr 2018    
ABŞ Quru Qoşunlarına təhvil veriləcək yeni 1600 km radiuslu yeni raketi nüvə silahları ilə bağlı əldə edilən beynəlxalq razılığın prinsiplərinə ziddir.

Ordu.az “breakingdefense.com” saytına istinadən xəbər verir ki, sözügedən razılıq 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanan Orta Mənzilli Nüvə Qüvvələri adı verilən sazişdir.

Belə ki, ABŞ və SSRİ arasında bağlanan bu sazişə əsasən, tərəflərə yerdən atılan və nüvə başlıqlarının inteqrasiyası mümkün olan 500-5500 kilometr aralıqda radiusa sahib raketlərin istehsalı qadağan edilib.

Məsələ burasındadır ki, Pentaqonun təqdim etdiyi raket isə 1600 kilometr zərbə radiusuna sahibdir və ona nüvə başlıqlarının inteqrasiyası da mümkündür.

Məhz bu raketlərin NATO-nun avropalı üzv dövlətlərində yerləşdirilməsi Rusiyanın ciddi təhdid altında saxlanılmasına səbəb olacaq. Belə ki, bu addım atılacağı təqdirdə Avropa və Moskva əsaslı nüvə təhlükəsindən sadəcə bir neçə dəqiqə məsafədə olacaq.

Qeyd edək ki, Rusiyanın bu məsələdən dolayı beynəlxalq birliyə ABŞ-dan şikayət ünvanlaması gözlənilir. Hər hansısa qeyri bir əsaslandırma təqdim edilməyəcəyi təqdirdə ABŞ istehsalı üçün bir neçə milyard xərclədiyi raketləri ləğv etməyə məcbur olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   nüvə-razılığı  

"Breaking Defense": ABŞ-ın yeni raketləri nüvə razılığını pozur

2018/09/565476576576_1536841414.jpg
Oxunub: 430     20:23     13 Sentyabr 2018    