İİKK 2 min kilometr radiusdakı hədəfləri vurmaqla təhdid edib

2018/09/thumbs_b_c_3d0d6c72cce5dd5c4a71d348d76b5ac4_1536840736.jpg
Oxunub: 231     20:11     13 Sentyabr 2018    
İran İnqilab Keşikçiləri Korpusu 2 min kilometr radiusdakı hədəfləri vura biləcək imkana sahib olduqlarını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İİKK-nin komandanı Məhəmməd Əli Cəfəri danışıb.

İraqın Ərbil şəhərindəki PKK düşərgəsinin raketlərlə vurulmasına dair açıqlamalar verən Cəfəri İİKK-nin terrorçulardan aldığı qisasın öz zorbalaqlarını İrana yeridə biləcəyini düşünən böyük güclərə mesaj olduğunu bildirib.

İranın raket qabiliyyətindən danışan Cəfəri İran əraziləri ətrafında və 2 min kilometr radiusdakı hərbi qüvvələri, bazaları olanların PKK-nın yüksək dəqiqliyə malik raketlərinin mənzili daxilində olduqlarını vurğulayıb.

Xatırladaq ki, şənbə günü İran PKK-ya aid bir düşərgəni 7 ədəd yer-yer raketi ilə hədəf alıb, hücum nəticəsində 16 PKK terrorçusu öldürülüb, 40-ı isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   PKK  

İİKK 2 min kilometr radiusdakı hədəfləri vurmaqla təhdid edib

2018/09/thumbs_b_c_3d0d6c72cce5dd5c4a71d348d76b5ac4_1536840736.jpg
Oxunub: 232     20:11     13 Sentyabr 2018    