“Washington Post”: Makron Əlcəzair müharibəsi ilə bağlı etiraflar edib

2018/09/3XY3VJFXFII6RFHLHPKS37URPM_1536839873.jpg
Oxunub: 429     19:56     13 Sentyabr 2018    
Fransa öz ordusunun 1950-1960-cı illərdə baş vermiş Əlcəzair müharibəsində sistemli şəkildə zorakılıq törətməsini rəsmi olaraq qəbul edəcək.

Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron danışıb.

O, Fransa ordusu tərəfindən işgəncə görən və 1957-ci ildə Əlcəzairin qanlı mübarizəsinin ortasında yoxa çıxan kommunist riyaziyyatçı, anti-müstəmləkəçi Mauris Audin taleyinə dair şəffaflıq çağırışı konteksində qəbul etdiyi qərarı bu gün elan edib.

Qeyd edək ki, 1837-ci ildə Fransa tərəfindən işğal edilən Əlcəzairdə 1950-ci illərə qədər milyonlarla fransız yaşayıb. Lakin 1950-ci illərdən etibarən Fransanın Qərbi Afrikada və Cənub-Şərqi Asiyadakı müstəmləkələrində baş verən üsyanların ən dəhşətli hadisələri isə Əlcəzairdə baş verib.

2017-ci ilin fevralında Fransada prezidentliyə namizəd olan Makron Əlcəzairə səfər edərkən Fransa müstəmləkəçiliyini insanlığa qarşı cinayət adlandırıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Makron   Əlcəzair  

“Washington Post”: Makron Əlcəzair müharibəsi ilə bağlı etiraflar edib

2018/09/3XY3VJFXFII6RFHLHPKS37URPM_1536839873.jpg
Oxunub: 430     19:56     13 Sentyabr 2018    