“Türkiyə İdlibi stabilləşdirməyə çalışır” – Hulusi Akar

2018/09/thumbs_b_c_5f18650d562a8ff9871b47f0f3e0c3dd_1536839678.jpg
Oxunub: 344     19:53     13 Sentyabr 2018    
“Türkiyə Rusiya, İran və müttəfiqləri ilə İdlibi stabilləşdirmək uğrunda səylərini davam etdirir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Müdafiə naziri Hulusi Akar səsləndirib.

İdlibin yeni böhranın eşiyində olduğunu vurğulayan Akar Türkiyənin digər dövlətlərlə birlikdə bölgədə sülhün və stabilliyin gücləndirilməsi, humanitar faciənin əngəllənməsinə çalışdığını dilə gətirib.

Onun sözlərinə görə, İdlibdə hər hansı hərbi əməliyyat, onsuz da problemli olan bölgəni tam bir faciəyə qərq edər.

Türkiyənin Suriyada terrorla mübarizə səylərinin nəticələrindən danışan nazir “Fərat Qalxanı” əməliyyatında 3 mindən çox İŞİD, “Zeytun Budağı”nda isə 5 mindən çox PKK və İŞİD terrorçusunun zərərsizləşdirildiyini diqqətə çatdırıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   İdlib  

“Türkiyə İdlibi stabilləşdirməyə çalışır” – Hulusi Akar

2018/09/thumbs_b_c_5f18650d562a8ff9871b47f0f3e0c3dd_1536839678.jpg
Oxunub: 345     19:53     13 Sentyabr 2018    