Libermanın Bakı səfəri nələrlə yadda qalacaq? – HƏRBİ EKSPERT

2018/09/12_3073647614.jpg
Oxunub: 3066     15:34     13 Sentyabr 2018    
Soyuq Müharibə dövrünün başa çatmasından sonra İsrail çoxvektorlu xarici siyasət aparmağa başladı. Bu siyasət, xüsusən beynəlxalq təşkilatlarda səsvermələr zamanı, eləcə də iqtisadi əlaqələrin inkişafı formatında İsrailə xeyli xarici siyasi və iqtisadi dividend gətirir. İsrailin ABŞ ilə çox sıx müttəfiqlik münasibətləri, həmçinin hər iki Amerika qitəsində digər ölkələrlə də kifayət qədər yaxşı əlaqələri mövcuddur. İsrail həm Avropa ölkələri ilə, həm də Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Lakin elə ölkələr var ki, İsrailin onlarla münasibətləri xüsusi strateji müttəfiqlik xarakteri daşıyır. Belə ölkələr arasında Azərbaycanın da adını çəkmək olar.

Bu gün artıq tarixi faktdır ki, Avrasiyada İsrail ilə strateji qarşılıqlı münasibətləri Azərbaycan qədər sıx və dərin olan digər bir ölkə yoxdur. İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illik tarixi ərzində bu iki ölkənin və onların xalqlarının münasibətlərində çox pozitiv məqamlar yaranıb. İki ölkə, yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan digər bir ölkə arasında qarşılıqlı münasibətlərin zəruriliyini və həyat qabiliyyətini hərtərəfli sübut edib. Hər iki dost dövlət dünyada həqiqi və sabit strateji tərəfdaş kimi tanınır. Azərbaycanlılar və yəhudilər dinc, yanaşı yaşamaqla bərabər həm də qarşılıqlı münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə qabil olduqlarını çoxdan təsdiq ediblər.

Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində təbii ki, siyasi, hərbi və iqtisadi maraqlar mühüm əhəmiyyət daşıyır. Eyni zamanda xalqlar arasındakı insani münasibətlər də xüsusi körpü rolunu oynayır.

Sovetlər dövründə və bugünkü müstəqil Azərbaycanda yəhudilər respublikamızın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayırlar. Yəhudi əsilli Azərbaycan vətəndaşların ərazilərimizin bütövlüyü uğrunda mübarizədə bizimlə bərabər Qarabağ cəbhəsində mübarizə aparmasi, bəzilərinin şəhid olması və hətta Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı kimi ən yüksək fəxri ada layiq görülməsi də yuxarıda qeyd edilənləri bir daha sübut edir. Yəhudilər Qərb ölkələrində belə öz milli geyimlərində sinaqoqlara rahat gedə bilmədikləri halda, ölkəmizdə bu istiqamətdə heç bir problemlə qarşılaşmırlar. Azərbaycanda 25 minlik yəhudi icması üçün Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Yaxın zamanda Azərbaycanda yəhudi muzeyinin açılışı gözlənilir.

Məhz bu səbəbdən, israillilərin əksəriyyəti harada yaşamalarından asılı olmayaraq bu gün də Azərbaycanı sevməkdə davam edir, İsrail ilə Azərbaycan arasında geosiyasi, hərbi, iqtisadi və humanitar əməkdaşlığın formalaşmasına kömək edirlər.

Bu gün Azərbaycanla kifayət qədər isti münasibətlərə malik olan İsrail Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Rəsmi məlumatlara görə, səfər çərçivəsində İsrail nümayəndə heyəti Azərbaycanın Müdafiə Nazirliyində və digər dövlət strukturlarında görüşlər keçirirəcək.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Son illərdə Azərbaycan və İsrail arasında intensiv şəkildə rəsmi və işgüzar səfərlər həyata keçirilir. Dünya bazarında Azərbaycan neftinin ən iri alıcısı olan İsrail, eyni zamanda Azərbaycana hərbi təyinatlı müasir məhsullar ixrac edən ən böyük tərəfdaşa çevrilib. Əlavə olaraq İsrail ilə müdafiə sənayesi, telekommunikasiya, kənd təsərrüfatı və başqa sahələrdə uğurlu əməkdaşlıq davam edir.

2008-ci ildə İsrail 6.3 milyard dollar həcmində silah, sursat və müdafiə texnologiyası ixrac edərək, ABŞ və Rusiya kimi silah ixracatçılarından sonra dünyada ümumi hərbi satışların 12%-ni həyata keçirməklə Çin, İngiltərə, Almaniya və Fransa kimi nəhəng silah tədarükçüsü olan dövlətləri geridə qoydu. Son üç ildə İsrailin hərbi sənaye kompleksinin ixracatı 20,3 milyard dollar təşkil edib.

Son illərdə "Silk Way" şirkətinin yük təyyarələrinin Azərbaycan-İsrail marşrutu ilə müntəzəm olaraq uçması, Azərbaycanın Müdafiə Nazirliyi ilə İsrail şirkətləri arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir. Bəzi hüquqi maneələrə görə, Azərbaycan tələbatı olan bəzi vasitələri Amerikadan və Avropadan ala bilmir. Əməkdaşlıq etdiyimiz eks-sovet respublikaları olan Rusiya, Belarus və Ukraynada bu texnologiyaların bütün versiyaları mövcud deyil. Dağlıq Qarabağda müharibənin qızışacağı qorxusu ilə Avropa ölkələri Azərbaycana hərbi təyinatlı məhsullar satmadığı halda , İsrail istədiyi zaman Bakı ilə istənilən silah sazişlərini bağlamaqda müstəqil hərəkət edir.

Hər iki ölkənin oxşar geopolitik çətinlikləri mövcuddur və hər iki ölkə xarici təhlükəsizliyinə təhlükə törədə bilən yaxın və ya uzaq qonşulara malikdir. Avropa və Birləşmiş Ştatlar tərəfindən böyük silah ehtiyacları ödənilməyən Azərbaycan, güclü hərbi sənayesi olan, öz müştərilərini çox da sıxma-boğmaya salmayan, iqtisadi baxımdan Bakı ilə yüksək səviyyəli əlaqələri olan və heç bir hərbi-siyasi blokda təmsil olunmayan İsrail üçün çox ideal tərəf müqabilidir.

Kütləvi informasiya vasitələri mütəmadi olaraq iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumatlar açıqlayır. Saytımız vasitəsilə daha əvvəllər bu barədə məqalələr dərc edilib. İsrailin Azərbaycana ixrac etdiyi müasir silah sistemləri arasında istənilən hava şəraitində fəaliyyət göstərə bilən, "Israel Aerospace Industries" şirkətinin məhsulu olan "Heron TP" çoxməqsədli, strateji kəşfiyyat və zərbə PUA-sını, 36 saat ərzində 9100 metr yüksəklikdə uçuş həyata keçirən "Hermes 900" pilotsuz aparatlarını, 20 saat ərzində hava kəşfiyyatı apara bilən "Hermes 450" PUA-larını, "Israel Aircraft Industries" (IAI) şirkəti tərəfindən hazırlanan bir pilləli, sərt yanacaqlı kvaziballistik trayektoriyalı LORA (Long-Range Artillery Missile-Uzaq Mənzilli Artilleriya Raketi) operativ taktiki raketlərini, "Israel Military İndistruies" şirkətinin Azərbaycan istehsalı olan "Kamaz 63502" şassisinə quraşdırılan müxtəlif çaplı "Lynx", "Extra" və "LAR 160" yaylım atəşli reaktiv sistemlərini, "Rafael" şirkəti tərəfindən istehsal edilən "Barak-8 ER" ZRK-larını, "Rafael" və " Israil Aircraft Industries" (IAI) şirkətlərinin konsorsiumu tərəfindən hazırlanan yaxın mənzilli "Spyder" ZRK-larını, "Spike" TƏİRK-lərinin tam kompleksini, "Harop" zərbə PUA-larını göstərmək olar. "Orbiter" PUA ailəsinin lisenziyalı istehsalının Azərbaycanda təşkil edilməsi, HDQ üçün hərbi gəmilərin Bakıda inşa edilməsi, zirehli vasitələrin, artilleriya sistemlərinin modernləşdirilməsi və s. İsrail-Azərbaycan hərbi əməkdaşlığının yüksək səviyyəsindən xəbər verir.

2016-cı ildə Azərbaycan və İsrail arasındakı hərbi sahədə əməkdaşlığın həcmi təxminən 5 milyard dollar məbləğində olub. Sonrakı illərdə bu rəqəm azalsa da, yenə də kifayət qədər böyük bir rəqəmlə qeyd olunur. Hər iki ölkə arasında hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam edir.

İsrailin Müdafiə naziri Aviqdor Libermanın baş tutacaq Bakı səfəri çərçivəsində Azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşü zamanı müzakirə ediləcək movzular arasında yəhudilərin lider hesab edildiyi SIGINT (elektron kəşfiyyat) və ELINT (siqnal kəşfiyyatı) sistemlərinin, inşası davam edən gəmilər üçün müasir RLS-lərin, mühəndis robotlarının, yeni zərbə PUA-larının, "Tavor" və М16 atıcı silahlarından atəş aça bilən SMASH (SMArt SHooter) kopterlərinin, xüsusi təyinatlılar üçün identifikasiya brasletlərinin, zirehli vasitələr üçün "Trophy" aktiv mühafizə komplekslərinin, pilotsuz avtomobillərin alınması ilə bərabər özü tuşlanan aviasiya raketlərinin və artilleriya mərmilərinin istehsalı üçün lisenziyanın əldə edilməsinin də yer alacağı ehtimal edilir. HHQ-nin hərbi təyyarələrinin bort avadanlıqlarının, rabitə, tuşlama və hədəf göstərmə vasitələrinin, HHM qüvvələrinin tərkibinə daxil olan RLS qurğularının modernləşdirilməsinin də gündəmdə olacağı gözlənilir.

1988-ci ildən hərbi aerokosmik qüvvələrə malik olan İsraillə bu sahədə də əməkdaşlıq istisna edilmir. Üçpilləli "Shavit" raketlərinə sahib olan İsrail öz kosmik peyklərini yaxın orbitə çıxarmaq üçün onlardan istifadə edir. Xarici mütəxəssislərin fikrincə, onların texniki xüsusiyyətləri qitələrarası ballistik raketlərin tələblərinə tamamilə cavab verir. Dünyada ən sürətli kəşfiyyat peyklərinin İsrailə aid olduğunu da qeyd etmək istəyirəm. Hər iki ölkə arasında informasiya mübadiləsi sahəsində ciddi əməkdaşlığın mövcud olmasını da istisna etmirəm.

60 illik fasiləsiz uğurlu müharibə təcrübəsinə malik olan tək dövlət olan İsraillə hərbi sahədə əməkdaşlıq etməyimiz, kimin nə düşündüyündən asılı olmayaraq Azərbaycanın bütün istiqamətlər üzrə maraqlarına tam cavab verir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: İsrail-Azərbaycan   Liberman   Hərbi-əməkdaşlıq  

Libermanın Bakı səfəri nələrlə yadda qalacaq? – HƏRBİ EKSPERT

2018/09/12_3073647614.jpg
Oxunub: 3067     15:34     13 Sentyabr 2018    