Talışətrafı yüksəkliklərdən döyüş əməliyyatları teatrına baxış - HƏRBİ EKSPERT (FOTOLAR)

2018/09/7_1536754790.jpg
Oxunub: 21585     20:26     12 Sentyabr 2018    
Dağlıq ərazilərdə hücum əməliyyatları aparmaq xüsusi hazırlıq tələb edir. Tabor, hətta bölük birbaşa hücuma keçmək üçün ərazidə açıldıqda hakim yüksəkliklərdə yerləşən düşmən tərəfindən rahatlıqla müşahidə edilir. Standart vəziyyətlərdə adətən tabora qədər qüvvə ilə düşmən müdafiəsinin arxasına keçərək əməliyyat tempinin yüksəldilməsinə nail olunur. Lakin Dağlıq Qarabağda 25 il ərzində möhkəmləndirilən müdafiə səddi belə bir manevr imkanını istisna edirdi.

Aviasiyanın havada üstünlük əldə etməsi şəraitində isə şəxsi heyətin uzunmüddətli dağ keçidlərində enerjisini itirməmək üçün, onları düşmən arxasındakı məntəqələrə helikopterlərlə desant çıxarma əməliyyatı ilə çatdırmaq daha uyğundur. Lakin aprel hadisələri zamanı əməliyyat öncədən planlaşdırılmadığı üçün aviasiyanın üstünlük əldə etməsi mümkün deyildi. Digər tərəfdən isə iqlim şəraiti orta dağlıq ərazidə aviasiyadan istifadə etmək üçün uyğun deyildi. 2016-cı il aprelin ilk günündə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Azərbaycanın səbr kasasını daşdıran bu təxribatlar Ermənistan üçün faciəvi 4 günlük Aprel döyüşləri ilə nəticələndi.

Bu əks-hücum əməliyyatı erməni tərəfinin təxribatlarına cavab olduğu üçün təbii ki, hücumun aviasiya və artilleriya hazırlığı da nəzərdə tutulmurdu. Sonrakı mərhələdə artilleriyadan kifayət qədər aktiv istifadə edilsə də, hava şəraiti aviasiyanın istifadəsinə imkan vermədi.

Belə olan vəziyyətdə optimal variant olaraq hücum edəcək bölmələr kiçik qruplarla, adətən 15 nəfərə qədər qüvvə ilə düşmən arxasına göndərilir. Bu qruplar hücum obyektinə maksimum yaxın məsafədə yerləşdirilir. Kiçik qrupların müxtəlif istiqamətlərdən eyni zamanda gözlənilmədən hücuma keçməsi düşməndə olduğundan artıq qüvvənin hücumuna məruz qalması illüziyası yaradır.

Bu klassik metoddan istifadə etməklə Ordumuz cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birlikləri, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Döyüşlər zamanı kifayət qədər ciddi üstünlüklər əldə edilərək işğal altında olan torpaqlarımızın 2000 hektarlıq bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Xüsusi təyinatlı qrupların bu döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrini xalqımız heç vaxt unutmayacaq. Bu əməliyyatlar çərçivəsində azad edilən tarixi ərazilərimizdən olan Talış yüksəkliklərinin əhəmiyyəti barədə bəzi fikirlərimizi Sizinlə bölüşmək istəyirik.

Talış kəndi Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazisinə daxildir. Kənd əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olsa da, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd cəbhə xəttinə çox yaxın ərazidə yerləşir.

Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub. Lakin 1992-ci ilin 12 iyun rarixində başlanan “Goranboy-Ağdərə əməliyyatı” zamanı kənd erməni işğalçılarından azad edilib. Lakin 1994-cü ilin aprel ayında hücum edən Ermənistan ordusunun bölmələri kəndi yenidən işğal etdilər.

Aprel döyüşləri ərzində azad edilən ərazilərdən biri də Talış kəndini nəzarətdə saxlamağa imkan verən Talış yüksəklikləri oldu.

Dağlıq Qarabağ ərazisində ərazi itkilərini kompensasiya etmək istəyən işğalçı ordunun bölmələri Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qaymaqlı və Fərəhli kəndlərini, habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Ağbulaq kəndini, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Gədəbəy rayonu ərazisindəki yüksəklikləri atəşə tutdu.

Düşmən həmin günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə tutdu. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən itkilərə məruz qaldı. Ermənistan rəhbərliyinin münaqişə zonasını genişləndirərək KTMT üzvü olan ölkələri münaqişəyə cəlb etmək və Azərbaycan Ordusunun digər istiqamətlərdən ümümqoşun ehtiyatlarını yarılan müdafiə zonasına cəlb etməklə hücumu genişləndirməsinin qarşısını almaq məqsədilə atdığı addımlar nəticəsiz qaldı.

Strateji yüksəkliklərin azad edilməsindən sonra, aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hər iki ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında Moskvada imzalanan razılaşmaya görə əməliyyatlar dayandırıldı.

Ərazidə yaşayan mülki erməni əhalisi əməliyyatlar başlayan kimi kəndi xaotik şəkildə təmamilə tərk etdi. Onlardan 18-20 nəfərinin imkansızlıq ucbatından, bir il sonra muzdlu olaraq öz kəndlərindəki qanunsuz bölmələrdə xidmət etmək şərti ilə kəndə qayıtdığı ehtimal olunur.

Keçən iki ildən artıq müddətdə düşmən itirilmiş əraziləri bərpa etmək niyyəti ilə təxribatlar keçirməyə cəhd etsə də heç bir nəticə əldə edə bilməyib.

Ordu.az-ın cəbhə bölgəsindən əldə etdiyi foto və video materiallardan məlum olur ki, erməni silahlı qüvvələrindən azad edilən ümumilikdə 21 düşmən postunun mühəndis təminatı əsasən Azərbaycanın işğal edilən kəndlərindəki evlərdən sökülən inşaat materialları hesabına aparılıb. Səngərlər mühəhdis təminatı haqqında təlimatın tələblərinə cavab vermir. Düşmən ordusunun tərk etdiyi müdafiə mövqelərini analiz edərkən məlum oldu ki, yaradılan mühəndis təminatı elementləri mühəndis kəşfiyyatının aparılmasını nəzərdə tutmayıb. Düşmənin əsas zərbə istiqamətində 1 km cəbhədə ən azı 3-4 mühəndis müşahidə məntəqəsi (MMM) fəaliyyət göstərməli idi. Mühəndis maneələr sistemi xaotik şəkildə hər tərəfə basdırılan müxtəlif təyinatlı minalardan və üzümlüklərdən çıxarılan beton dirəklərdən ibarətdir. Öndə Azərbaycan ordusunun minalarının olması normal haldır, lakin dairəvi sektorun ermənilərin özləri tərəfindən minalaması, şəxsi heyətin məcburən səngərdə saxlamağa xidmət edir. Təxliyyə, daşınma və manevr yollarının mövcudluğunu onların rahatlığını nəzərə almadan qəbul etmək olar.

Döyüşün gedişində rəqibin “müdafiə rayonu”nun dərinliyinə irəlləməsinin qarşısını almaq üçün mövcud olan azsaylı mühəndis maneələrinin manevr etməsinə cəhd belə edilməyib. Mövcud mühəndis qurğularının yaradılmasında texnikalardan istifadə edilməsi hiss olunmur. Dağlıq ərazi üçün xarakterik olan və atəş əlaqəsini təmin edən çoxpilləli dayaq məntəqəsi sistemindən, həmçinin düşmənin gizlin yaxınlaşmasını istisna edən dairəvi müşahidə məntəqələri də çatışmayan elementlər siyahısındadır. Eşalonlararası əlaqə yolları tələbata uyğun deyil. Ön xətt bölmələrinin maskalanma tədbirlərinin həyata keçirilməsinə diqqət yetirilməyib. Düşmən taborunun komanda müşahidə məntəqəsi, qərargah və artilleriya mövqeləri, ön xətti və s. barədə əldə olan dəqiq kəşfiyyat məlumatlarından gələcək əməliyyatların planlaşdırılmasında istifadə ediləcəyi ehtimal olunur. Şəxsi heyətin döyüş növbətçiliyi aparması üçün yaradılan primitiv şərait düşmən əsgərlərinə döyüş tapşırıqlarını yerinə yetirməyə imkan vermirdi. 6 aydan bir geyimlərin dəyişdirilməsinin vacib olduğu halda erməni əsgərlərin əşya təminatı ən azı 1-2 ildən bir həyata keçirilib. Yataq ləvazimatları heç bir halda əsgərin normal dincəlməsini təmin etməyib. Sığınacaqlar təhlükəli konstruksiyaya malik olsalar da, beton bloklarla örtülməsi müsbət haldır.

Qeyd edim ki, Talış yüksəkliyi Goranboy və Naftalan rayonlarını atəş altında saxlamağa imkan verirdi. Atəşkəs elan edildikdən sonra Talış yüksəkliyi və ətraf məntəqələr 22 ildən çox Ermənistanın nəzarətində qaldı. Hərbi baxımdan bu ərazilərdə yerləşən yüksəkliklərin hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyətə malik idi. Yüksəkliklərə nəzərət edən düşmən qüvvələri Azərbaycan Ordusunu öz mövqelərindən aralıda saxlamağa çalışır, ətraf kənd və rayon ərazilərini atəş altında saxlamaqla avtomobil yol və qovşaqlarına nəzarət edirdi. Bu yüksəkliklərdən ərazilərimiz yaxşı müşahidə edilir və atəş nəzarəti üçün daha uyğun idi. Ordumuzun ümumqoşun ehtiyat qüvvələrini gizli olaraq döyüşə daxil etməsi də mümkün deyildi. Yüksəklikdən keçən “müdafiə xətti”, işğalçı ordunun möhkəmləndirilən “müdafiə zolağı”nın bir elemetini təşkil edirdi.

Hazırda Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlara əl atacağı təqdirdə geniş miqyaslı hərbi əməliyyatların bərpa edilməsi üçün tədbirlər həyata keçirir. Bu tədbirlərinin uğurla nəticələnməsi üçün ən vacib elementlərindən biri də doğru zamanda, doğru istiqamətdən gözlənilməz və sarsıdıcı zərbə endirməkdən ibarətdir. Bu faktorlar isə hərbi hücum əməliyyatlarının başlanması üçün uyğun plasdarmların və əsas zərbə istiqamətinin doğru seçilməsindən çox asılıdır. Hazırda Ordumuzun birləşmələri bütün istiqamətlərdə qələbəni asanlaşdıra biləcək ən azı 1-2 ciddi hücum plasdarmına malikdir.

Mərkəz qüvvələrimiz azad edilən Talış yüksəkliyindən əks-hücum plasdarmı kimi uğurla istifadə edə bilər. Əməliyyatların planlaşdırılmasına gəldikdə isə Ordumuzun gələcək hərbi əməliyyatlar teatrının əsasən yüksək və orta dağlıq relyefdən ibarət olduğu nəzərə alınmalıdır. Dağlıq relyefin bütün xüsusiyyətləri, sərt iqlim şəraiti, mürəkkəb meteroloji vəziyyəti, sərt qayaları, dik yoxuşları, uçqunları, buzlaqları, əriməyən daimi qar təbəqələri nəzərə alınmalı, şəxsi heyət və texnikaların hazırlığı müvafiq tələblərə uyğun həyata keçirilməlidir.

Əldə edilən foto və video materiallardan görünür ki, hazırda cəbhə xəttinin son dəyişikliyindən sonra geri çəkilən erməni bölmələrinin həm cinah manevrlərinə, həm də ön xətt ilə arxa cəbhənin birləşdirilməsinə imkan verən Madaqiz ərazisindəki Talış-Madaqiz-Ağdərə yol qovşağı mühüm əhəmiyyət kəsb edir. Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrinin maddi texniki təminatı, burada yerləşən təchizat bazası vasitəsilə Madaqiz magistralından istifadə etməklə həyata keçirilir. Silahlı Qüvvələrimizin bu istiqamətdə hücumunun ilkin vəzifəsinə daxil ediləcək Madaqizin qərb yüksəkliklərinin və magistral qovşağının ələ keçirilməsi düşmənin ehtiyat qüvvələrinin manevr imkanlarını və təchizat qabiliyyətini ciddi şəkildə məhdudlaşdıracaq. Bunlar isə nəticədə düşmən müdafiə sisteminin dağıdılmasına və sonrakı vəzifənin yerinə yetirilməsinə, yəni Ağdərə istiqamətində düşmənin əməliyyat şəraitinə nəzarəti itirməsinə və geri çəkilməyə məcbur edilməsinə səbəb olacaq. Sərsəng su anbarı kimi vacib obyektin ələ keçirilməsi də böyük əhəmiyyət daşıyacaq.

Yuxarıda adı çəkilən yol qovşaqlarına nəzarət geri çəkilən düşmən qüvvələrinin ağır texnikalarını təxliyyə etməsini də məhdudlaşdıracaq. Belə olan vəziyyətdə hücumun sürətindən asılı olaraq adətən bu texnikalar ya məhv edilir, ya da tərk edilir. Hər iki versiya düşmənə ciddi mənəvi psixoloji zərbə ola bilər.

Lakin düşmənin əks-hücumlara keçəcəyini də istisna etmək olmaz. Bunun üçün əməliyyat planlarında bir neçə fərqli variant tətbiq etmək olar. İkinci eşalon və ümümqoşun ehtiyat bölmələrindən istifadə edərək hücum tempinin yüksək intensivliyini saxlamaq düşmənə qüvvələrini yenidən qruplaşdırmağa imkan vermir, yeni ehtiyatların döyüşə daxil edilməsinin qarşısı isə ya cəmləşmə rayonlarında, mümkün olmadıqda isə “girişi qadağan edilən” zonalar və səddlər yaratmaqla alına bilər. Azad edilən rayonların mühəndis istehkam hazırlığına xüsusi diqqət yetirilməlidir.

HHQ-nin aviasiya vasitələri və artilleriya qoşunları intensiv fəaliyyətlə 7/24 rejimində hücum edən birlikləri hücumun bütün mərhələlərində fasiləsiz dəstəkləməli, nöqtə zərbələrinə üstünlük verilməli, döyüş təminatı bölmələrinin fəaliyyəti əvvəlcədən planlaşdırılan qrafikə uyğun aparılmalı, qoşun növü və birləşmələr arasında qarşılıqlı əlaqə yüksək səviyyəyə çatdırılmalıdır. Yalnız bu yolla Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən istiqamətdə ciddi nəticələr əldə etmək mümkündür. Bu nəticələri əldə etmək üçün isə əlimizdə bütün imkan və şərait mövcuddur.

Hərbi ekspert Ədalət Verdiyev
Foto: Elvin Abdulla
Ordu.az

Teqlər: Talış   Aprel-döyüşləri   Müharibə  

Talışətrafı yüksəkliklərdən döyüş əməliyyatları teatrına baxış - HƏRBİ EKSPERT (FOTOLAR)

2018/09/7_1536754790.jpg
Oxunub: 21586     20:26     12 Sentyabr 2018    