Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran parlamentinin spikeri Əli Ləricani səsləndirib.
Bu bəyanat İranın nüvə rəhbərinin qabaqcıl sentrifuqaların tikintisi üçün zəruri olan təsisatın tamamlandığını bildirməsindən sonraya təsadüf edir. Belə ki, Tehran nüvə paktının pozulması halında uranı zənginləşdirmə imkanını təkmilləşdirəcəyini bildirir.
2015-ci il sazişi çərçivəsində İran sanksiyalardan qurtulmaq məqsədilə nüvə proqramını dayandırmağa razılaşıb. Bu müqavilə İslam respublikasına 10 il ərzində Natanz müəssisəsində 5600-ə qədər, Fərda zənginləşdirmə müəssisəsində isə 1044 birinci nəsil sentrifuqa istifadə etmə icazəsi verir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, bu müqavilədən əvvəl İranın hər iki müəssisədə 20 min sentrifuqası var idi. Hazırda Rusiya, Çin, Almaniya, Fransa və Britaniya bu müqavilənin icrasına davam edir.
Ağalar Ağalarlı
Ordu.az