Almaniya İdlibdə hərbi həll variantını istisna etmir

2018/09/44547414_303_1536732701.jpg
Oxunub: 1150     14:10     12 Sentyabr 2018    
Almaniya Parlamentində təmsil olunan siyasi partiyalar bir-birinin ardınca İdlibə hərbi müdaxilənin əhəmiyyətini qeyd edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu siyahıya qoşulan sonuncu partiya da Azad Demokratik partiya olub.

Məsələ ilə bağlı Bundestaqın Xarici İşlər komitəsinin sədri Norbert Rötgenin bildirdiyi açıqlamaya görə, parlamentdəki bu arasıkəsilməz tələblər xalqın maraqlarını nümayiş etdirir.

O qeyd edib ki, artıq başda Xristiyan Demokrat İttifaqı, Xristiyan Sosial İttifaqı, Yaşıl partiya olmaqla bütün partiyalar demək olar ki, İdlib məsələsində yekdillik nümayiş etdirir.

Rötgen edilən təkidli tələblərə əsaslanaraq bildirib ki, Almaniyanın Suriyaya hərbi müdaxiləsi qaçınılmaz görünür. Ola bilsin ki, qarşıdakı günlərdə hökumət bununla bağlı rəsmi tələbini irəli sürdü.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İdlib  


Bizi "telegram"da izləyin