“Kağız ilan”dan müasir qırıcılara: Aviasiyanın meydana gəlməsindən öncəki layihələr – ARAŞDIRMA (II Yazı)

2018/09/11_1536223238_1536649325.jpg
Oxunub: 2304     14:42     11 Sentyabr 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Rayt qardaşları, yəqin ki, idarəetmə və mühərrik sahəsində ciddi araşdırmalar aparan aviasiya istehsalçılarının ilk komandası idi. Hər iki problem ciddi idi, lakin komanda maraqlarından əl çəkmirdi.

Nəticədə onlar ehtiyac olan gücə malik mühhərik və "çəp qanad" vasitəsilə idarəetmə probleminin həllinə nail oldular. Bu üsul aviasiya tarixində çox qısa bir müddətdə istifadə olundu. Bu, aşağı uçuş sürətində effektiv olsa da, üsulun özü müasir aviasiyanın idarəetmə sistemlərinin inkişafında əsas açar nöqtə oldu.

Bir çox aviasiya pionerlərinin uçuş təhlükəsizliyində "bəxt" prinsipinə üstünlük verdiyi bir vaxtda Rayt layihəsi həyata və sağlamlığa məntiqsiz bir risk olmadan, qəzaların qarşısını alaraq uçuş həyata keçirməyi nəzərdə tuturdu.

Beynəlxalq Aviasiya İnsitutunun məlumatına görə, 1903-cü ilin dekabrın 17-də Rayt qardaşları Şimali Karolinadakı Kitti Hauk yaxınlığındakı qumsal ərazidə ilk uzunmüddətli idarəolunan uçuşu həyata keçirdi.

Rayt qardaşlarının mühərriki ilə idarə edilən "Flyer 1" təyyarəsiinin ilk uçuşu

İlk uçuşda Orvill Rayt 37 metri 12 saniyəyə uçdu və bu məşhur fotoşəkillə qeydə alındı. Eyni gün dördüncü uçuşda, Uilber Rayt 59 saniyədə 260 metr uçdu. Uçuşlara 4 nəfər və bir kənd uşağı şahidlik etdilər, nəticədə onların ilk ictimai uçuşları tam sənədləşdirildi.

İlkin nəticələrdən sonra çatışmamazlıqlar aradan qaldıldı. Yenidən qurulan "Flier III" aparatının uçuşu 20 dəqiqədən çox müddətdə davam etdi. Beləliklə, "Flyer III", uzun müddət uça bilən və pilotu başlanğıc nöqtəsinə təhlükəsiz olaraq endirə bilən etibarlı bir təyyarə kimi təsdiq edildi.

1905-ci ilin oktyabrın 5-də Uilber havada 39 dəqiqə 23 saniyə keçirdi və 38.9 km məsafə qət etdi.

"Elmi Amerika" jurnalının 1907-ci ilin aprel sayında, Rayt qardaşlarının o dövrdə daha ağır hava vasitələrini idarə edilməsi sahəsində ən geniş biliklərə sahib olduğunu qeyd edilirdi. Lakin jurnalın eyni sayında 1907-ci ilə qədər ABŞ-da heç bir ictimai uçuş həyata keçirilmədiyi də təsdiqlənir.

24 Aprel, 1909-cu ildə Uilber Raytın çəkdiyi uçuş görüntüsü

Hilda Hevlett (1864-1943) İngiltərədə 1911-ci ildə rəsmi pilot lisenziyasını əldə edən ilk qadın təyyarəçidir. O, Birinci Dünya Müharibəsi zamanı (1914-1918) 800-dən çox təyyarə istehsal edən bir şirkət sahibi və müvəffəqiyyətli bir iş adamı idi.

Aviasiya pionerlərinin siyahısı

O dövrdə, yəni 1900-1910-cu illərdə, çox sayda ixtiraçılar da qısa müddətli uçuşlar həyata keçirdiklərini iddia edirdilər. Liman Gilmour 1902-ci ilin mayın 15-də uçduğunu elan etmişdi.

Yeni Zelandiyada, Cənubi Kanterberidən olan fermer və ixtiraçı Riçard Pirs 1903-cü ildə havaya qalxan monoplan hazırladı.

Almaniyada Karl Yato, Pirsdən sonra Hannoverdə qısa uçuş həyata keçirdi. Yato aparatının qanad konstruksiyası və uçuş sürəti, təyarənin effektiv idarə edilməsimə imkan vermirdi.

1903-cü ilin yazında Preston Uotson, ilk uçuşunu Şotlandiyanın şərqindəki Dandi yaxınlığında Errolda həyata keçirdi. Lakin bu dəfə fotoqrafik və ya sənədli sübutların çatışmaması üzündən uçuş haqqında məlumatı yoxlamaq çətindir. İlk uçuş iddiaları çoxdur, böyük ehtimalla bu uçuşlar çox aşağı hündürlükdə həyata keçirilib. Buna görə də onların mühərriklə və ya onsuz keçirildiyini qeyd etməkdə bəzi çətinliklər mövcuddur.

Rayt qardaşları 1904 və 1905-ci illərdə Ohayo ştatının Dayton şəhərindəki Preri Haffman qəsəbəsində 150-yə qədər uçuş həyata keçiriblər, onların dostları və qohumları da bu uçuşların şahidi olublar.

1904-cü ilin mayında baş verən uğursuz bir uçuşdan sonra qəzet və jurnallar bu uçuşları işıqlandırmadı.

Yüksək hündürlükdə uçuşlar ilk dəfə ikiqat Con Montqomeri qanadına malik biplanda Daniel Meloni tərəfindən 1905-ci ilin aprelində Kaloforniyanın Santa- Klara şəhərində ictimaiyyətə təqdim edildi. Bu uçuşlarda aparat 1200 metr hündürlüyə yüksəldi və əvvəlcədən təyin edilən nöqtədə yerə endi. Hadisə Amerika mətbuatında geniş işıqlandırıldı.

Alberto Santos-Dumont, 1906-cı il sentyabrın 13-də Parisdə ictimai uçuş etdi. O, müsbət bucaqlı bir qanadan və elevatordan istifadə etdi. İlk dəfə təyyarə qarşıdan əsən küləyə və ya katapulta ehtiyac duymurdu. Buna görə də bu uçuşu tez-tez ilk, əsl mühərrikli təyyarə uçuşu hesab edirlər.

Pirs Yatonun, Yotsonun və Rayt qardaşlarının uçuşları Santos Dumontun uçuşundan daha az rezonansa səbəb oldu, çünki bu aviasiya ictimaiyyətin, xüsusilə Avropa və Braziliyanın diqqətini cəlb etmək baxımından çox əhəmiyyətli idi.

İki ixtiraçı Henri Farman və Con Villiam Dann da mühərriklə təchiz olunan maşınlar üzərində çalışırdılar. 1908-ci ilin yanvarında Farman, 1 kilometr məsafədə uçduğu aparatla, daha uzaq məsafəli uçuşlar həyata keçirilməsinə baxmayaraq qran-pri qazandı. Məsələn, Rayt qardaşları 1905-ci ildə 39 km məsafə qət etmişdilər.

Dannın layihəsi əvvəllər Britaniya silahlı qüvvələri tərəfindən maliyyələşdirilirdi və sınaqlar tam məxfi keçirilirdi. Layihənin əsas məqsədi uçuşun sabitliyini təmin etməkdən ibarət idi.

1908-ci ilin mayın14-də Rayt qardaşları iki nəfərlik təyyarədə ilk uçuşunu etdi, sərnişin isə Çarli Furnas idi.

1908-ci ilin iyulun 8-də Tereza Pelte ilk sərnişin qadın olaraq İtaliyanın Milan şəhərində Leon Delaqranjem ilə 200 metrlik uçuş həyata keçirdi.

Tomas Selfric, 1908-ci ilin sentyabrın 17-də Orvill Raytın sınaqdan keçirdiyi təyyarədə qəzaya uğrayaraq həlak olan ilk sərnişin oldu.

1908-ci ilin sonunda xanım Hart O. Berq pilot Vilber Raytın Fransada idarə etdiyi təyyarədə ilk amerikalı qadın sərnişin oldu.

1909-cu ilin oktyabrın 22-də Raymond de Laroş mühərriki havadan ağır bir təyyarəni idarə edən ilk qadın pilot oldu. O, həm də dünyada pilot lisenziyası əldə edən ilk qadın hesab edilir.

Təyyarə yaradılması ilə bağlı fikir ayrılığı ondan ibarət idi ki, Pirs və Yato, Rayt qardaşlarından fərqli olaraq, ixtiraları barədə məlumatı paylaşmır və patentləri əldə etmirdilər.

1910-cu ilin mayın 23-də Rusiyada "Kudaşev-1" təyyarəsinin ilk müvəffəqiyyətli uçuşu baş tutdu. "Kudashev-1" dən başqa həmin ildə Sikorski və Gakkel konstruksiyalı aeroplanların da uçuşları baş tutdu.

1913-cü ilin mayın 10-da konstuktor İ.İ. Sikorskinin hazırladığı dünyanın ilk dörd mühərrikli "Russkiy vityaz" təyyarəsi ilk uçuşunu həyata keçirdi. Bu hadisə ağır aviasiyanın inkişafına böyük təkan verdi.

Helikopter

1877-ci ildə Enriko Forlanini buxar mühərriki ilə təchiz edilən pilotsuz helikopter yaratdı. Milandakı bir parkda şaqulu olaraq 13 metr yüksəkliyə qalxan helikopter təxminən 20 saniyə havada qaldı.

1907-ci ildə Paul Kornyu tərəfindən yaradılan helikopter 1907-ci ildə ilk dəfə qanad əvəzinə fırlanan pərlərdən istifadə edərək havaya qalxdı. Lakin, uçuş və idarəetmə xüsusiyyətlərinə görə bütün rejimlərdə kifayət qədər dayanıqlı ilk helikopter 1939-cu ildə Almaniyada istehsal edilən "Focke FA-61" hesab edilir.

Hidroplan

İlk hidroplan 1910-cu ilin martında Fransız mühəndisi Henri Fabre tərəfindən qurulub. O, "Le Canard" (ördək) adlandırıldı və ilk dəfə həmin ildə sudan havaya qalxaraq 800 metr uçuş həyata keçirdi.

Bu təcrübələr bir neçə Fabra üzgəcini satın alaraq, onları ixtira etdikləri "Canard Voisin" təyyarəsində quraşdıran aviasiya qabaqcılları Qabriel və Çarlz Vuazen tərəfindən dəstəkləndi. 1910-cu ilin oktyabrında "Canard Voisin" Sena çayından, 1912-ci ilin martında isə "La Foudre" (İldırım) aviadaşıyıcısından start götürən ilk hidrotəyyarə oldu.

1914-1918: Birinci Dünya müharibəsi

Demək olar ki, təyyarə icad olunduqdan sonra, yeni modellər hərbi istifadə təyinatı nəzərə alınmaqla hazırlanırdı. Təyyarələri hərbi məqsədlər üçün istifadə edən ilk ölkə Bolqarıstan oldu. Onların təyyarələri 1912-13-ci illərdə Birinci Balkan müharibəsi zamanı Osmanlı mövqelərinin kəşfiyyatını həyata keçirib. Təyyarələrin hücumda, müdafiədə və kəşfiyyatda mühüm rol oynadığı ilk müharibə isə Birinci Dünya Müharibəsi oldu. Həm Antanta İttifaqı, həm də Mərkəzi Qüvvələr bu müharibədə aviasiyadan istifadə etdilər.

Alman monoplanı Taube, 1917-ci ilin təsviri

Birinci Dünya Müharibəsindən əvvəl təyyarələrin silah daşıyıcısı kimi istifadə edilməsi ideyası ciddi qəbul edilmirdi. Müharibədə iştirak edən bütün böyük dövlətlər tərəfindən təyyarələrdən düşmən mövqelərinin fotosunu çəkmək üçün bir kəşfiyyat vasitəsi kimi istifadə edilirdi.
Avropadakı bütün əsas orduların kəşfiyyat bölmələrinin silahlanmasında müharibədən əvvəl sadəcə yüngül idman təyyarələri kateqoriyasına aid olan vasitələr yer alırdı.

Erkən təyyarələr aşağı yükgötürmə qabiliyyəti ilə xarakterizə olunarkən tezliklə məlum oldu ki, ikiyerlik vasitələr daha böyük praktik perspektivlərə malikdir.

Tezliklə, təyyarələr silahlandırılmağa başladı və ilk hava döyüşləri baş verdi, lakin hər hansı bir sabit atəş nöqtəsinin quraşdırılması problem idi. 1914-cü ildə fransız Rolan Garro ilk dəfə olaraq təyyarənin əsas oxuna paralel olan bir ədəd pulemyot quraşdırdı, ilk hava döyüşünu isə Adolf Pequ həyata keçirdi və həlak olanadək 5 dəfə uğur qazandı.

O dövrün pilotları ictimaiyyətin gözündə romantik bir əhval-ruhiyyə ilə əhatə olunurdular. Onlar müasir cəngavərlər hesab olunurdu, düşmənlə təkbətək savaşa atılırdılar.

Bəzi pilotlar hərbi qələbələri ilə tanınırdılar. Onların ən məşhurları arasında 80 uçuş vasitəsini hava döyüşlərində məhv edən "Qırmızı Baron" ləqəbli Manfred von Rixtqofen də mövcud idi.

Müttəfiqlər arasında isə ən məşhur yüksək təcrübəli pilot 75 qələbəyə sahib Rene Pol Fonk idi. Amerika pilotları arasında isə ən uğurlu pilot 26 qələbə ilə Eddi Rikenbeker hesab edilirdi.

1918-1939-cu illər (Qızıl əsr)

Birinci və İkinci Dünya müharibələri arasındakı illər, təyyarə inşası texnologiyasında əhəmiyyətli inkişaf dövrü kimi qeyd olunur. Bu dövrdə, istehsalçılar əsasən ağac və parça materiallardan imtina edərək tamamilə alüminium qurğulara keçdilər. Mühərriklərin inkişafı da sürətli templərlə irəllədi, daha güclü mühərriklər yaradıldı. Tərəqqini sürətləndirən faktorlardan biri də sürət və məsafə rekordları üçün təyin edilən mükafatlar idi.

Məsələn, Çarlz Lindberg ilk birbaşa fərdi transatlantik uçuş üçün 25 min ABŞ dolları dəyərində Ortega mükafatını qazandı, lakin bu, ilk birbaşa uçuş deyildi. Səkkiz il əvvəl, 1919-cu ildə kapitan Con Olkok və leytenant Artur Braun "Vickers Vimy" bombardmançısında fasiləsiz transatlantik uçuşa görə 50 min ABŞ dolları məbləğində pul mükafatı qazanmışdı.

Flagg biplanı, 1933-cü il

Birinci Dünya Müharibəsindən sonra təcrübəli qırıcı pilotlar yeni bacarıqlarını nümayiş etdirməyə çalışırdılar. Bir çox amerikalı pilotlar uçan sirk proqramları çərçivəsində ölkənin şəhərlərini gəzərək, uçmaq bacarıqlarını nümayiş etdirməklə sərnişinlərin daşınmasını da təşkil etməyə başladılar. Nəhayət bu pilotlar daha mütəşəkkil halda birləşərək hava şousu nümayiş etdirməyə başladılar. Aviasiya nümayişləri, hava yarışları və akrobatik nömrələr göstərən qruplar bütün ölkə ərazisində fəaliyyət göstərirdi. Hava yarışları mühərriklərin və korpusun inkişafına təkan verdi. Nağd pul mükafatları pilot və dizaynerlər arasında rəqabəti artırdı və inkişafı əhəmiyyətli dərəcədə sürətləndirdi. Amelia Earhart çoxsaylı hava şoularının ən məşhur iştirakçısı idi. O, həmçinin Atlantikanı və La Manş boğazını uçaraq qət edən ilk qadın pilot oldu. Atlantikanı adlayan ilk havadan yüngül cihaz, 1919-cu ildə gövdəsində komandası ilə Şotlandiyadan ABŞ-a, sonra isə geriyə üçan İngiltərənin R34 dirijablı oldu.

1929-cu ildə dirijabl texnologiyasının inşası çox yüksək səviyyəyə qalxdı. Sentyabr və oktyabr aylarında Qraf Zeppelin hava aparatları ilk transatlantik uçuşlara başladı. Buna baxmayaraq, dirijabl dövrü 1937-ci ildə Zeppelin Hindenburg fəlakətindən sonra sona çatdı. Nyu Cersidə baş verən digər bir fəlakətdə isə partlayıcı qazla dolu hava gəmisi 12 nəfərin həyatına son qoydu. Dirijabl qəzalarında ölənlərin sayı, digər vasitələrin qəzalarındakı itkilərin sayından daha böyük olurdu. Dirijabl fəlakətləri ictimaiyyətdə təyyarə qəzalarından daha çox rezonanasa səbəb olduğu üçün birincilərin fəal istifadəsi dayandırıldı.

Zeppelin kompaniyası kifayət qədər miqdarda helium qazına sahib olsaydı, bəlkə də bu qəzalar baş verməzdi. O dövrdə ABŞ ən böyük helium ehtiyatına sahib idi, lakin alman şirkətinin həmin dövrdə ABŞ-dan helium tədarükünə ümid etməsi inandırıcı olmazdı.

"DeHavilland təyyarəsi", 1930-cu il

1929-cu ildə Cimmy Duittl uçuş-naviqasiya alətləri hazırladı. 1930-cu illərdə isə Almaniya və İngiltərədə reaktiv mühərriklərin hazırlanmasına başlandı. 1930-cu ildə İngiltərədə Frank Uittl reaktiv mühərrikini patentləşdirdi və on il ərzində onu təkmilləşdirməyə çalışdı. 1936-cı ildə isə Almaniyada Hans von Ohayn reaktiv mühərrik versiyasını patentləşdirdi və onun təkmilləşdirilməsi üzərində işə başladı. Hər iki mühəndis bir-birindən asılı olmadan çalışırdı və nəticədə İkinci Dünya Müharibəsi sona çatanda həm Almaniya, həm də Birləşmiş Krallıq reaktiv təyyarələr inşa edirdi.

1939-1945-ci illər: İkinci Dünya Müharibəsi

İkinci Dünya Müharibəsi, təyyarələrin inkişafı və istehsalının sürətlə artmasını tələb edirdi. Müharibədə iştirak edən bütün ölkələr yeni tipli təyyarə və aviasiya silahları, məsələn, uzunməsafəli bombardmançı tipli vasitələr hazırlayır, əvvəlkiləri isə modernləşdirirdilər.

Qırıcı eskortları isə düşmən təyyarələrinə qarşı mübarizədə itkiləri əhəmiyyətli dərəcədə azaldaraq bombardmançıların uğuru üçün zəruri elementə çevrildi.

B-29 "Superfortress" ağır bombardmançısı

Almaniyanın "Heinkel He 178" təyyarəsi 1939-ci ildə ilk uçuşu ilə tarixdə ilk istifadə edilən reaktiv təyyarə oldu. İlk qanadlı raket "Fau-1", ilk ballistik raket "Fau-2" və ilk idarəolunan "Bachem Ba 349" raketi də məhz Almaniyada yaradılıb. Lakin döyüş təyyarələrinin istifadəsi müharibənin sonunda pilot və yanacaq çatışmamazlığına görə məhdudlaşıb. "Fau-1" aşağı sürətinə görə az səmərəli idi. "Fau-2" isə kifayət qədər dəqiq olmadığı üçün hərbi hədəfləri məhv etməyə tam uyğun olmasa da, şəhərlərin bombalanmasında daha təsirli idi.
1945-1991-ci illər: Soyuq müharibə

D.H. Comet, dünyanın hər yerində məşhur olan ilk reaktiv təyyarə. Fotoda Böyük Britaniyanın Kral HHQ-nə məxsus təyyarə əks olunub

İnsan tarixində ilk uçuşlar (1945-ci il)

İkinci Dünya müharibəsindən sonra kommersiya aviasiyası sürətlə inkişaf etdi. Əvvəlcə ticari məqsədlər üçün keçmiş hərbi nəqliyyat təyyarələri istifadə edilməyə başladı. Bu artım, müharibədən sonrakı dövrdə B-29 "Lancaster" kimi ağır və çox ağır bombardmançıların artıqlıq etməsi və yüksək sürətlə ticarət təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 nəqliyyat təyyarəsi hərbi keçmişə malik olan ən məşhur kommersiya təyyarələrindən biridir.

Reaktiv aviasiyası dövrü gəldi

1947-ci ilin oktyabrında Çarlz Yeqer raket mühərrikli "Bell X-1" təyyarəsində səs sürətini aşdı. 1948-ci ildə SSRİ-də pilot A. Sokolovski ilk dəfə "La-176" reaktiv qırıcısında səs sürətini əldə etdi. ABŞ-dan Avstraliya və Avropaya müvafiq olaraq 1948-ci il və 1952-ci ildə reaktiv təyyarələrlə birbaşa uçuşlar həyata keçirilirdi.

İlk kommersiya məqsədli reaktiv seriyalı vasitə İngiltərənin "De Havilland Comet" (1951) təyyarəsi hesab edilir. 1952-ci ildə BOAC dövlət aviaşirkəti "Comet"lərdə müntəzəm uçuşlar yerinə yetirməyə başladı. Lakin, 1954-cü ilin mayında bu təyyarələrdə baş verən dörd qəza "Comet"in uçuşa yararlılıq lisenziyasını ləğv etdirdi. Qəza səbəblərini müəyyənləşdirənə qədər reaktiv sərnişin təyyarələrinin digər modelləri uçuşlara başladılar.

1956-cı ilin sentyabrın 15-də SSRİ-nin "Aeroflot" aviaşirkətinin "Tu- 104" təyyarəsi müntəzəm reyslərə başladı. "Boeing-707" istehsalı kütləvi sərnişin daşımalarının başlanğıcı hesab edilir.

Turbo reaktiv təyyarələrin Transkontinental və Transokean hava daşımaları dəmir yolu və dəniz vasitələrinə qarşı güclü rəqibə çevrildi, 1960-cı illərdə isə sonuncunu demək olar ki, müntəzəm sərnişin daşımaları sahəsindən sıxışdırıb çıxardı.

İnkişaf etmiş ölkələrin dəmir yolları isə Sinkansen və TGV yüksək sürətli xətlərin tətbiqi ilə yaxın məsafəli təyyarə reyslərinə müqavimət göstərə bilirdi.

Sovet İttifaqının Avropa və Şimali Amerikaya nüvə silahı çatdırmaq üçün uzun mənzilli bombardmançılarının yaradılmasına cavab olaraq, Qərb bombardmançıları buna atəş həddinə çatmadan onları ələ keçirərək, məhv edə bilən ələkeçirici-qırıcıların yaradılması qərarı ilə cavab verdi. Kanada hökuməti bu məqsədlə yaradılan "Avro Canada CF-105 Arrow" qırıcılarının inkişafına dəstək verdi. Bu zamanın ən sürətli təyyarəsi idi. Lakin 1955-ci ildə, konsepsiya dəyişdi və NATO ələkeçirici-qırıcı əvəzinə nüvə başlıqlı zenit raketləri yaratmaq qərarına gəldi. Nəticədə 1959-cu ildə "Avro Canada CF-105 Arrow" layihəsi bağlandı.

1967-ci ildə X-15 təyyarəsi 7297 km/saata (6.1 M) bərabər rekord sürət əldə etdi. Kosmosa göndərilmək üçün nəzərdə tutlan aparatlar istisna olmaqla, bu rekord X-43 təyyarəsi tərəfindən yalnız XXI əsrdə (12 144 km/saat (9.8 M)) yeniləndi.

"Apollon 11" ilk insanı aya çatdırır

Neyl Armstronq və Bazz Oldrin 1969-cu ildə "Boeing 747" təyyarəsində Aya endilər. Bu təyyarə bu gün ən böyük sərnişin təyyarələrindən biridir və hər il milyonlarla sərnişin daşıyır.

1975-ci ildə "Aeroflot" ilk supersəs sərnişin təyyarəsi olan "Tu-144" ilə müntəzəm uçuşlara başladı. 1976-cı ildə "British Airways" şirkəti supersəs "Konkord" təyyarəsində Transatlantik uçuşlara başladı. Bundan bir neçə il əvvəl isə kəşfiyyat təyinatlı "Lockheed SR-71" 2 saatdan daha az müddətdə Atlantik okeanını keçərək rekorda imza atdı.

20-ci əsrin son rübündə aviasiya sahəsində irəliləyiş yavaşladı. Artıq uçuş sürəti, məsafəsi və texnologiya sahəsində inqilabi inkişaflara rast gəlinmir, əldə edilən son nəticələr adətən avionika sahəsini əhatə edirdi.

Lakin müxtəlif sahələrdə inkişaf da nəzərə çarpırdı. Məsələn, 1979-cu ildə insanın əzələ gücü ilə hərəkət edən "Gossamer Albatross" aparatı La Manş boğazını keçdi, 1981-ci ildə İngiltərənin "Space Şattl" kosmik təyyarəsi ilk orbital uçuşunu, yəni böyük aparat kosmosa yüksələrək bir neçə gün orada həyat və fəaliyyətə dəstəyi təmin etdikdən sonra yenidən orbital sürətlə atmosferə qayıdaraq normal təyyarə kimi aerodrom zolağında enməni həyata keçirə bildi.

1986-cı ildə Dik Rutan və Gina İqler yanacaq doldurmadan və yerə enmədən təyyarədə dünya ətrafında uçuş həyata keçirdilər. 1999-cu ildə isə Bertran Pikkard hava şarında ilk dəfə Yer planetinin ətrafında uçmaqla yadda qaldı.

XXI əsrin əvvəllərində, səsə qədər sürətli təyyarlərin inkişafında məsafədən idarə edilən və ya təmamilə avtonom vasitələrin yaradılması ənənəsi qeydə alındı. Bir sıra pilotsuz aparatlar yaradıldı. 2001-ci ildə "Northrop Grumman" şirkətinin RQ-4 "Global Hawk" pilotsuz vasitəsi ABŞ-dakı Edvards hava bazasından Avstraliyaya dayanmadan və yanacaq doldurmadan birbaşa uçuş həyata keçirdi. Bu, 23 saat 23 dəqiqə ərzində həyata keçirilən uçuş iki məntəqə arasında PUA tərəfindən reallaşdırılan ən üzunmüddətli və uzun məsafəli uçuş oldu. 2003-cü ildə ilk dəfə kompüterdən idarə edilən təyyarə tamamilə müstəqil olaraq Transatlantik uçuş həyata keçirdi.

"Konkord" G-BOAB təyyarəsi uçuşlarını bitirdikdən sonra Londonun "Heathrow" hava limanında saxlanılır. Bu təyyarə 1976-cı ildəki ilk uçuşundan 2003-ci ildəki son uçuşuna qədər 22296 saat havada olub

Kommersiya aviasiyası XXI əsrin əvvəlində "Konkord" təyyarələrinin istismarının dayandırılması ilə yadda qaldı.

Supersəs uçuşlar kommersiya məqsədləri üçün yaralı hesab edilmədi. Bu sürət təhlükəsiz şəkildə yalnız okean üzərində əldə oluna bilirdi. Əlavə olaraq bu təyyarələr çox yanacaq sərf edərək məhdud sayda sərnişin daşıyırdı.

Neft böhranı və alternativ yanacaq axtarışı

İlk aviasiya yüzilliyi mühərrik üçün tələb olunan neft istehsalının artması ilə xatırlanır. Digər nəqliyyat vasitələri də (avtomobil, dəmir yolu, su) maye yanacaqdan asılı olsa da, alternativ enerjidən istifadə edə bildiyi halda, bu aviasiyanın uçması üçün kifayət qədər praktik hesab edilmir.

2003-2008-ci illərdə neft qiymətləri 6 dəfə artdı. Əvvəlki böhranlardan fərqli olaraq, neftin qiymətinin belə böyük bir artımı bu dəfə neft istehsalının hər hansı şəkildə əhəmiyyətli azalması və ya qlobal ehtiyatların azalması ilə bağlı deyildi. Neft İxrac edən ölkələr böyük neft istehlakçılarının - Çin və Hindistan kimi sürətlə böyüyən iqtisadiyyatların artan tələbatını ödəmək üçün istehsalı kifayət qədər artırmaq imkanına malik deyildi. Bir çox tədqiqatçılar neft qiymətlərinin bir daha həmin səviyyəyə qədər artmasını istisna edirlər. Lakin, 2008-ci ilin yarısında və 2014-ci ilin yayında neft qiymətlərinin azalması mülki aviasiyaya da təsirsiz ötüşmədi.

Neft qiymətlərinin artması mülki aviasiyaya daim ciddi təsir göstərir. Səsə qədər sürətli təyyarələr sərnişin/kilometr hesablamasında daha az yanacaq sərf edir.

Aviasiyanın xüsusilə hərbi təyyarələrin yanacağa olan mövcud ehtiyaclarını qarşılamaq üçün bioyanacaq kimi maye yanacaq mənbələri barədə tədqiqatların artmasına gətirib çıxarıb. Nəticədə, dünyada artan neft qiymətləri daha səmərəli və qənaətcil konstruksiya hesab edilən "uçan qanad" tipli təyyarələrin inkişafını stimullaşdırmaqda davam edir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Aviasiya   Tarix  

“Kağız ilan”dan müasir qırıcılara: Aviasiyanın meydana gəlməsindən öncəki layihələr – ARAŞDIRMA (II Yazı)

2018/09/11_1536223238_1536649325.jpg
Oxunub: 2305     14:42     11 Sentyabr 2018    