NI: NATO Rusiya ilə sualtı gəmi müharibəsinə hazırlaşır

2018/09/received_1980069715439986_1536430906.jpeg
Oxunub: 2341     02:21     09 Sentyabr 2018    
İyunun 25-dən iyulun 6-na qədər 8 NATO üzvü illik “Dynamic Mongoose” təlimlərində iştirak etdilər. Norveç sahillərində həyata keçirilən təlimdə alyansın sualtı gəmi əleyhinə müharibə qabiliyyətinin gücləndirilməsinə fokuslanıldı.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, təlimdə iştirak edən dövlətlər ABŞ, Türkiyə, Almaniya, Niderland, Danimarka, Fransa, Norveç və İspaniya idi.

Təlimlərdə Norveçin iki sualtı gəmisi 8 iştirakçı dövlətin birləşdirilmiş imkanlarını pozmağa çalışırdı. Norveç sadəcə altı ədəd “Ula” sinifli dizel elektrikli sualtı qayığa sahibdir.

“Ordular arasında uyğunluğu, sualtı və suüstü vasitələr əleyhinə müharibə imkanlarının daha da yaxşılaşdırılması məqsədilə hər bir səth gəmisinin sualtı gəmiləri müəyyənləşdirmək və izləmək üçün müxtəlif növ taktikalardan istifadə etmə şansı oldu”, - deyə NATO-nun bəyanatında qeyd olunub.

Gəmilərin təliminə Almaniya, Norveç və ABŞ-dan dəniz patrul təyyarələri də qoşuldular. Əslində bəyanatda konkret olaraq hansı təyyarələrin qatıldığı açıqlanmasa da, Almaniya və Norveçin P-3 “Orion”, ABŞ-ın isə P-8A “Poseidon” təyyarələrindən istifadə etdiyi iddia edilir.

Təlimlərin arxasında dayanan məqsədin isə Rusiyanın sualtı gəmi patrullarının alyans qüvvələri tərəfindən daha yaxşı izlənilmə imkanı əldə edilməsi istəyidir. Çünki ötən il Rusiya donanmasının rəhbəri Admiral Korolyov Moskvanın sualtı gəmilərinin 2016-cı ildə dənizdə 3 min gün keçirdiyini iddia edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin