Suriya müharibəsinin kompleks fazası – İdlib böhranı (ANALİZ)

2018/09/456456_1536403456_1536405670.jpg
Oxunub: 1725     18:51     08 Sentyabr 2018    
22 milyonluq bir xalqın təxminən 30 faizini yurdlarından didərgin salan vətəndaş müharibəsi elə ilk günlərdən etibarən ölkədaxili məsələ olmaqdan çıxdı və bütün dünyanın diqqətlərini özünə cəmlədi. 6,5 milyon insanın qaçqın vəziyyətinə düşməsinə, 600 mindən çox insanın həlak olmasına səbəb olan müharibənin təsirlərini zamanlar region ölkələri də öz üzrələrində hiss etdi. Belə ki, ölkə daxilindəki qarşılıqdan istifadə edərək formalaşan terror qruplaşmalarının səbəb olduğu problemlər sadəcə regionun deyil, bütün dünyanın başını ağrıtmağa başladı. Eyni zamanda Türkiyə başda olmaqla bütün qonşu dövlətlər iqtisadi olaraq miqrant axının qurbanına çevrildi. Bu ana qədər sadəcə olaraq Türkiyədə 4 milyona qədər miqrant yerləşib. Bu rəqəmləri kifayət qədər genişləndirmək mümkündür.

Hazırda isə Suriya böhranı ilə bağlı bütün dünyada manşetləri işğal edən başlıca mövzu İdlibdir. Ona görə ki, Suriya böhranı başladığı gündən etibarən bu yana məsələ üzərində formalaşan bir-birinə tamamilə zidd 2 müxtəlif cəbhə bu məsələdə də ortaq dil tapa bilmədi. Belə ki, Qərb Suriya və Rusiyanın həyata keçirilməsi planlaşdırılan İdlib əməliyyatlarına ən başdan qarşı çıxaraq silsilə bəyanatlar səsləndirməyə başladılar. Lakin hazırda bölgədə aparılan hava əməliyyatları onu göstərir ki, tərəflər bu bəyanatlara məhəl qoymaq fikrində deyil. Məsələnin mahiyyətini anlamaq üçün İdlibin niyə görə bu qədər əhəmiyyətli olduğunu bilmək lazımdır. Ona görə də ilk olaraq kiçik bir tarixi səyahət etməkdə fayda var.

“Ərəb Baharı” ifadəsi siyasi lüğətə yenicə girməyə başlamışdı. Tunisdə səyyar satıcının özünü şəhər mərkəzində yandırması ilə başlayan və Şimali Afrika və Yaxın Şərqdə çox sayda müxtəlif dövlətlə kütləvi etirazları təşviq edən bu addımdan sonra ardıcıl bir neçə lider istefa verməyə məcbur oldu. Hüsnü Mübarək, Əli Abdulla Saleh, Müəmmar Qəddafi və s. Bəziləri könüllü şəkildə istefa versə də, bəziləri dirənməyi seçdi. Bu üsulu seçənlərdən isə yalnızca Bəşər Əsəd hələ də ayaqda qalmağı bacarıb. 2011-ci ilin yanvarında kütləvi etirazlarla başlayan Suriya böhranının vətəndaş müharibəsinə çevrilişi həmin ilin martına təsadüf edir. Belə ki, həmin tarixdə ilk dəfə olaraq ordu və etirazçılar arasında silahlı qarşıdurma yaşandı. Lakin o dövrdə zəif silahlanmış və müxtəlif dağınıq qruplar şəkildə fəaliyyət göstərən üsyançı qüvvələr tez bir zamanda silahlandılar. Belə ki, daha sonra ordudan çox sayda hərbçi könüllü şəkildə uzaqlaşdı. Ordudan ayrılanlar isə çox keçmədi ki, Azad Suriya Ordusu (ASO) adı altında bir araya gəldi. Bir müddət sonra isə müxaliflərdən də önəmli bir qüvvə bu silahlıların tərkibinə qatıldı. ASO yay aylarına doğru o dövr üçün bilinməyən mənbələrdən əldə etdiyi maliyyə dəstəyi hesabına öz imkanlarını genişləndirir və nəticə etibarilə həmin ilin ortalarında ciddi sayıla biləcək ilk uğurlarını əldə etməyə başlayırdı. Bu uğurlar məhz İdlibdəki bir neçə kiçik yaşayış məntəqəsinə nəzarətin ələ keçirilməsi ilə bağlıdır. Bəli məhz buna görə də İdlib ölkədə müxaliflərin ən əhəmiyyətli və sonuncu qalası olaraq xarakterizə edilir. Belə ki, sonrakı mərhələdə bütün müxalif qüvvələrin birləşməsi ilə bağlı qəbul edilən qərardan sonra ölkədəki güclər nisbəti sürətlə dəyişdi. Əlbəttə ki, burada Qətər və Səudiyyə Ərəbistanının göstərdiyi maliyyə dəstəyi ilə yanaşı, ABŞ və Qərbin silah yardımı, həmçinin qonşu dövlətlərin də Suriya hökumətindən üz çevirməsi olduqca əhəmiyyətli oldu.

Əlbəttə bütün bunlar Əsəd hökumətinin əlini-qolunu bağlasa da, bu mübarizədə əlbəttə ki, onu da dəstəkləyən vardı. Belə ki, Suriya böhranının başladığı ilk günlərdən etibarən Rusiya və İran Əsədin ölkənin legitim rəhbəri olduğunu, böhranın həllinin müharibə yolu ilə mümkünsüz olduğunu və Suriyada müxaliflərin BMT prinsiplərinə uyğun olaraq silahları yerə qoymalı olduğunu bildirdi. Lakin hökumət və müxalifət arasında gərginləşən vəziyyət yekunda Suriyanın terror üçün uyğun mərkəzə gəlməsinə imkan yaradacaqdı.

Belə ki, 2013-cü ilin iyununda vətəndaş müharibəsinin başlanmasından 15 ay sonra Bəşər Əsədin nəzarət etdiyi ərazilərin ümumi miqdarı 30-40 faiz, bu bölgədə yaşayan əhali isə 60 faiz təşkil edirdi. Əlbəttə ki, hökumət nəzarətinin zəifləmiş olması və müxaliflərin ələ keçirdiyi əraziyə lazımınca nəzarət etmə imkanına sahib olmaması burada terror qruplaşmalarının formalaşmasına səbəb oldu. Bunlardan ən geniş təşkilatlanmışı isə 2013-cü ilin sonunda ortaya çıxan, bütün dünyada insanlığa ciddi təhdidlər formalaşdıran, edam videoları ilə tanınan İŞİD qruplaşması oldu. “Əl-Qaidə”nin bölgədəki qolu olaraq ortaya çıxan terrorçu qruplaşma çox keçmədi ki, bütün dünyada, xüsusilə də “Ərəb Baharı”nın yaşandığı ölkələrdə, həmçinin Əfqanıstanda, Afrikada sürətlə yayılmağa başladı. Məhz bu məqamdan sonra çox geniş maliyyə imkanlarına sahib (hətta 2014-cü il etibarilə sadəcə Suriyadakı İŞİD terrroçularının 3 milyard dollar maliyəyə nəzarət etdikləri deyilirdi) qruplaşma çıx qısa müddət ərzində 2013-2015-ci illərdə Suriyada başlıca faktora çevrildi və ölkənin dörd bir tərəfində geniş əraziləri ələ keçirdi. Əlbəttə ki, İŞİD-in inkişafı “Hayat Təhrir Əş-Şam”, “Cəbhət Ən-Nüsra” kimi bir sıra terror qruplaşmalarının da genişlənməsinə imkan yaratdı .

Lakin vəziyyətin artıq hökumət-müxalifət mübarizəsindən çıxdığını görən hər iki beynəlxalq cəbhə terroru ortaq hədəf olaraq seçdi. Belə ki, müxaliflərin dəvəti ilə ABŞ və Qərb, hökumətin dəvəti ilə isə Rusiya və İran ölkədə İŞİD əleyhinə geniş miqyaslı əməliyyatlara start verdi. Nəticə etibarilə, 2017-nin sonunda Deyr əz-Zoru, Şərqi Qutanı, bu il isə ardıcıl olaraq Küneytrə, Dera və Sveydəni itirən İŞİD hazırda sadəcə olaraq Sveydədə Əl-Səfa dağlarının təpələrində mövcudluğunu qoruya bilib ki, bu da “Xilafət” qurmaq sevdasında olan terror qruplaşması üçün olduqca ən uyğun cavab oldu. Eyni zamanda digər terror qruplaşmalarına ciddi zərbələr endirildi. Lakin qeyd edilməli bir məsələ var ki, İdlibə nəzarəti ilk olaraq ASO götürsə də, daha sonra İŞİD-in güclənməsi zamanı bölgədə HTŞ və “Nüsra” önəmli yer tutmağa başladı.

Bu baxımdan, üsyançıların son qalası olaraq adlandırılan İdlib eyni zamanda terrorçular üçün də sonuncu istinad nöqtəsidir. Türkiyə münaqişənin ilk günlərindən əleyhinə olduğu Əsədə qarşı bu kəskin mövqeyini son sammitdə də göstərdi. Bütün bu sərt çıxışlara qarşı atəşkəs razılığının əldə edilməməsi onu göstərir ki, İdlibdə Rusiya və Suriya tərəfindən ortaq əməliyyatlar həyata keçiriləcək. Əlbəttə ki, burada Putinin ötən günkü sammitdə Ərdoğana ünvanlandırdığı bir cümlə də vəziyyətin Türkiyə üçün olduğu qədər, Rusiya üçün də əhəmiyyətli olduğunu göstərdi. Belə ki, Ərdoğanın atəşkəs çağırışlarına Putin İŞİD-in əməl edib-etməyəcəyi ilə bağlı bir qarantiyanın olmadığını bildirdi.

Əlbəttə ki, burada Türkiyənin üzərində dayandığı mövzu sivil əhali üçün formalaşan təhdidlər və təhdidlər ortaya çıxacağı təqdirdə bölgədən Türkiyəyə başlanacaq miqrant axınıdır. Öz-özlüyündə bu, İdlib əməliyyatlarının Türkiyənin milli maraqlarına ciddi təhlükələr doğurduğunu sübut edir. Amma Putinin də vurğuladığı kimi terrorla mübarizədə atəşkəs elan ediləcəyi təqdirdə sözügedən silahlı qrupların bundan istifadə edəcəyi və öz fəaliyyətlərini daha da genişləndirəcəyi də potensial ehtimallar arasındadır. İstənilən halda ötən günkü görüşü atəşkəs üçün yetərsiz, hətta ümumi mənada nəticəsiz görüş kimi qəbul etmək mümkündür. Çünki ortada nə İdlib əməliyyatlarının başlanılması üçün bir yekun qərar yoxdur, nə də atəşkəs üçün. Əməliyyatların başlaması buna görə inandırıcı görünmür ki, terrorçular İdlibdə əsasən daxili zonalarda fəaliyyət göstərirlər. Yəni hava əməliyyatlarının keçirilməsi mümkündür, lakin qurudan Suriya ordusu əməliyyatlara başlamaq üçün İdlibi şimal, şimal-şərq, şərq və cənubdan əhatələyən Türkiyə nəzarət məntəqələrini keçməlidir. Bu isə Türkiyə və Suriyanın qarşı-qarşıya gəlməsi deməkdir. Əlbəttə ki, Türkiyə nəzarət məntəqələrini keçdikdən sonra belə ilk olaraq Türkiyənin də dəstəklədiyi Azad Suriya Ordusu qruplaşmasının nəzarətindəki bölgələr keçilməlidir. Yalnızca bundan sonra bölgədəki terror qruplaşmalarının nəzarətindəki ərazilərə daxil olmaq mümkün ola bilər.

Bu onu göstərir ki, Türkiyənin icazəsi olmadan hər hansısa quru əməliyyatlarından söhbət gedə bilməz. Hələlik ehtimallar əməliyyatların növbəti görüşə qədər havadan həyata keçiriləcəyi yönündədir. Putin növbəti görüşə qədər havadan endiriləcək zərbələr vasitəsilə bölgədəki yekun vəziyyətin bir az daha Suriya ordusunun və Rusiyanın maraqlarının xeyrinə dəyişdiriləcəyinə ümid edəcək. Əgər bunu bacarsa, İranın da dəstəyini alaraq ehtimal ki, növbəti görüşdən sonra Türkiyəni İdlib əməliyyatlarının başlanacağına razı sala bilər.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İdlib-böhranı   Suriya  

Suriya müharibəsinin kompleks fazası – İdlib böhranı (ANALİZ)

2018/09/456456_1536403456_1536405670.jpg
Oxunub: 1726     18:51     08 Sentyabr 2018    