Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Almaniya və Britaniya onları ABŞ istehsalı “Javelin” və İsrailin “Spike-LR” ilə əvəzləsə də, Fransa özünün “Missile Moyonne Portee” (MMP) raketini hazırlamağa qərar verdi.
Yeni raketin təkmilləşdirmə prosesi Britaniya və Almaniyanın seçdiyi yoldan daha çox vaxt alsa da, raket “Spike” və “Javelin”lərdən bir sıra daha qabaqcıl xüsusiyyətlərə sahib oldu.
Funksional olaraq MMP “Javelin”dən daha çox “Spike-LR”ə daha yaxındır. “Spike-LR” kimi MMP-nin də atəş mövqeyi raket axtarıcının gördüyünü görə bilir. Atəş mövqeyinin GPS və kompası var, buna görə də, o ehtiyacı olan azimutu müəyyən edə bilir.
Onların hər ikisi də CCD/IIR radardan istifadə edir. Lakin ölümcüllük qabiliyyətinə görə MMP öz rəqibinə müqayisədə bəzi yeniliklərə sahibdir. Onun kənardan qapadılma və buraxılma özəlliyi var.
Ağalar Ağalarlı
Ordu.az