Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Almaniya Müdafiə naziri Ursula von der Leyen açıqlayıb.
O qeyd edib ki, ölkəsi 2024-cü ilə qədər hərbi xərcləri ümumdaxili məhsulun 1,5 faizi səviyyəsinə başqa sözlər 69 milyard dollara qədər artırmağı planlaşdırır.
Məlumata əsasən, hazırda təxminən 180 min hərbçidən ibarət olan Almaniya ordusunun qeyd olunan dövr ərzində 25 faizə qədər genişləndirilməsi planlaşdırılır.
NATO-nun hərbi xərclərlə bağlı tələblərini qarşılamayan Almaniya bunun əvəzində alyansın missiyaları tərkibindəki fəaliyyətini daha da genişləndirəcək.
Belə ki, hazırda ittifaq daxilində missiyalarda ABŞ-dan sonra ən geniş səviyyədə iştirak edən Almaniya bu missiyalardakı hərbi qüvvələrinin sayını 2 dəfə artırmağı qarşısına hədəf qoyub.
Qeyd edək ki, iqtidar koalisiyasının digər partiyaları bu layihə ilə razılaşsalar da, elan edilən planların ölkə üçün ciddi problemlərə səbəb ola biləcəyini bildiriblər.
Dəyanət Ağalarlı
Ordu.az