Yaponiya “Aegis” gəmisini SM-6 raketləri ilə təchiz edəcək

2018/09/n-aegis-a-20180903-870x580_1535982542.jpg
Oxunub: 1063     23:47     03 Sentyabr 2018    
Yaponiya Müdafiə Nazirliyi “Aegis” hava hücumundan müdafiə sistemi ilə təchiz edilən esminesini SM-6 raketləri ilə təchiz edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən gəmi donanmanın xidmətindəki “Maya” döyüş esminesidir.

Məsələ ilə bağlı Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu barədə qərar Parlamentə təqdim edilən 2019-cu il hərbi büdcəsi qəbul ediləcəyi təqdirdə dəqiqləşəcək.

Belə ki, layihənin həyata keçirilməsi üçün növbəti ilin hərbi büdcəsində 119 milyon dollar tələb olunub.

Məlumata əsasən bunun 101 milyon dolları sözügedən SM-raketlərinin gəmiyə inteqrasiyası üçün, geri qalan 18 milyon dolları isə raketlərin sınağının həyata keçirilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, layihə 2019-cu il büdcəsi hesabına maliyyələşdiriləcək olsa da, onun 2020-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Aegis  

Yaponiya “Aegis” gəmisini SM-6 raketləri ilə təchiz edəcək

2018/09/n-aegis-a-20180903-870x580_1535982542.jpg
Oxunub: 1064     23:47     03 Sentyabr 2018    