“100 Günlük Proqram": Türkiyənin müdafiə sənayesinin prioritetləri – HƏRBİ EKSPERT (MÜDDƏALAR)

2018/08/111111111111_1521129470_1535615843.jpg
Oxunub: 5004     15:57     30 Avqust 2018    
Türkiyənin "Prezidentin 100 Günlük İcra Proqramı" çərçivəsində müdafiə sənayesi şirkətləri əhəmiyyətli layihələrə və müqavilələrə imza atacaq. Yerli və milli həssaslığı ilə seçilən layihələr arasında diqqəti cəlb edən "Altay" tankının 250 ədədlik seriya istehsalına başlaması barədə lik müqavilə imzalanacaq, MİLGEM layihəsinin 3-cü gəmisinin təslim edilməsi isə sentyabrda reallaşdırılacaq...

Türkiyə rəhbərliyinin son illərdə müdafiə sənayesinin inkişafına, yerli istehsala yetirdiyi ciddi diqqəti və dəstəyi sayəsində ölkədə bir çox müasir silah sistemləri istehsal edilməyə başlanıb.

R.T. Ərdoğanın "Müdafiə sənayesi layihələrinə xüsusi əhəmiyyət verirəm. 400 əsas layihənin 48 ədədi sırf müdafiə sanayesinə aiddir" sözləri ilə diqqət çəkən proqram təhlükəsizlik orqanlarının sürətlə yeni və yerli hərbi təyinatlı məhsul və avadanlıqlarla təchizatını, həmçinin yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur. Yeni layihələrdə pilotsuz süni intellekt aparatlarının, lazer silahlarının və elektromaqnit sistemlərin inkişafına istiqamətlənən çalışmalara start veriləcək. Əsas önə çıxan layihələr aşağıdakılardır:

MILGEM layihəsi

- Milli və Gəmi sözlərinin kısaltmasından ibarət MİLGEM layihəsinin 3-cü gəmisi olan "Burgazada" korveti, Milli Müdafiə Nazirliyi ilə əməkdaşlıq nəticəsində hazırlanıb və 2018-ci ilin sentyabrın 27-də Hərbi Dəniz Qüvvələrinə təslim ediləcək;
- Yeni zirehli maşın layihələri çərçivəsində "Kirpi II", maye yanacaq doldurma maşını, Hadisə Yerini Araşdırma maşını, Zirehli İdarəetmə-Komanda maşını, Zirehli Mini Ekskavator kimi fərqli təyinatlara sahib 431 ədəd texnikanın ünvanına çatdırılması təmin ediləcək;
- "Atak" Hücum və Taktik Kəşfiyyat Helikopter layihəsi çərçivəsində dörd ədəd helikopter HHQ-yə təslim ediləcək;
- MPT-76 layihəsi çərçivəsində 5500 tüfəng Quru Qoşunlarına çatdırılacaq.

"Altay" tankının kütləvi istehsalına başlanacaq

- Yüngül, orta və ağır olmaqla üç müxtəlif sinifdə pilotsuz yerüstü vasitələrin inkişaf layihəsinə başlanacaq;
- Türkiyənin "Altay" ilk milli əsas döyüş tankının mühərrik və sürətlər qutusunun elementlərinin inkişaf etdirilməsi layihəsinə start veriləcək;
- "Altay" tankının 250 ədədlik seriya istehsalına keçməsi üçün müqavilə imzalanacaq;
- Tank əleyhinə raketlərin zirehli vasitələrə çatmadan radarla aşkar edilməsi və qəlpəli sursatlarla kənardan məhv edilməsi istiqamətində inkişaf etdirilən "Pulat" Aktif Mühafizə Sisteminin 40 ədəd M60TM tankında tətbiqi və istifadəsinə başlanacaq;
- "Modul tipli Müvəqqəti Baza" sistemlərinə daha üç yeni baza əlavə ediləcək;
- 100 günlük bu proqram çərçivəsində hava vasitələrində vacib çalışmalar həyata keçiriləcək. Bu çərçivədə "Özgün" və "Atak" helikopterlərində istifadə ediləcək ilk nüvənin odlanması üçün nəzərdə tutulan turboşaft mühərrikin konseptual dizayn mərhələsi sonlandırılacak;
- Hücum PUA-larının inkişaf etdirilməsi layihəsi çərçivəsində təxminən 1,5 ton faydalı yük (kamera, sursat) daşıya bilən silahlı "Akıncı" hava vasitəsinin ön dizayn fəaliyyəti tamamlanacaq;
- 2030-cu ildən sonrakı dövrdə döyüş təyyarələrinin mövcud ehtiyacını ölkə daxilində istehsal edilən orijinal dizaynlı modellə ödənilməsinə istiqamətlənən "Milli Döyüş Təyyarəsinin İnkişaf Layihəsi Mərhələ-1" müqaviləsinin tətbiqinə başlanacaq;
- "Hürkuş-C" kiçik döyüş təyyarəsinin stehsalına istiqamətlənən tender sonlandırılacaq və kütləvi istehsalçı şirkət təyin olunacaq.

Göktürk proqramının tenderi

- Proqram peyk texnologiyaları üzərində çalışmaq üçün vacib əhəmiyyətə malikdir. Buna görə də peyk buraxılması layihəsinin ikinci mərhələsində müxtəlif müqavilələr imzalanacaq;
- 30 santimetrdən də az yayınmaya malik Yerli Müşahidə Layihəsinə start veriləcək;
- 100 kiloqram və daha kiçik peykləri, 400 kilometr yüksəklikdəki orbitə yerləşdirə biləcək imkana malik mikro peyklərin buraxılması sisteminin inkişaf etdirilməsinə istiqamətlənən istehsal/sınaq infrastrukturunun yaradılması məqsədi ilə müqavilə imzalanacaq.
- "Göktürk" Yeni Peyk Sisteminin İnkişafı Layihəsi üçün tender də tamamlanacaq.

Dəmir: "Biz əmin addımlarla irəlləyirik"

Müdafiə Sənaye naziri İsmail Dəmir də Türkiyənin müdafiə sənayesi sahəsində yerinə yetirdiyi layihələrə "twitter" hesabından diqqət çəkərək, keçən ilin eyni dövrünə nisbətən müdafiə və hava vasitələrində ən çox ixracat artımı iyul ayında 77 % oldu, milli müdafiə sənayesi ayaqlarını yerə sağlam basaraq qətiyyətli addımlarla yoluna davam edir deyə bildirdi.

Hava hücumundan müdafiə sistemləri

- İdarə olunan və olunmayan raketlərin və hava hücumundan müdafiə sistemlərinin sınaqları üçün yeni poliqon sahəsinin yaradılması üzrə müqavilə imzalanacaq;
- Hava hücumundan və raketdən müdafiə sisteminin inkişafı üçün üzunmənzilli çoxeşalonlu zonaların yaradılmasının birinci mərhələsi başa çatdırılacaq;
- "Hisar" Hava Hücumundan Müdafiə raket sisteminin "Aksaray" atəş poliqonunda döyüş sınaqlarının atışı həyata keçiriləcək;
- Hava platformalarına Uzaqdan Elektron Dəstək/Elektron Hücum qabiliyyəti qazandıra bilən (Air SOJ) layihəsi imzalanacaq;
- Daşınan Erkən Xəbərdarlıq Radar sistemlərinin dizaynı tamamlanacaq;
- ANKA-S pilotsuz uçuş aparatların istehsalında yerli komponentlərin istehsal faizi artırılacaq, platformada CATS sistemli kameralardan istifadə ediləcək;
- Müdafiə sənayesində mühüm yarımkeçirici texnologiyalara investisiya qoyulması proqramları çərçivəsində İnfraqırmızı Texnologiyaların İnkişafı Layihəsi imzalanacaq;
- ROKETSAN şirkətinin nəzdində Müasir Texnologiyaların Tədqiqat Mərkəzinin infrastrukturu yaradılacaq.

Yerli istehala keçid

- Müdafiə sənayesində vacib olan silahların yerli istehsala keçidi istiqamətində, milli və yerli obyektlərə ("Atak" helikopterinə) quraşdırılan 20 millimetrlik burun topunu daha da inkişaf etdirərək onu yerli materiallardan istehsal etmək üçün müqavilə bağlanacaq;
- Müdafiə Sənayesi Materiallarının Yerli İstehsal Proqramı həyatına keçiriləcək və ən azı beş materialın/alt sistemin yerli istehsalına başlanacaq;
- Döyüş təyyarələrində istifadə olunan müasir sursatlar yerli müəssisələrdə istehsal ediləcək və yenilənəcək;
- Milli Baza Stansiyalarının İnkişafı (ULAK) Layihəsi çərçivəsində quraşdırılan baza stansiyalarının sayı 200-dən 489-a qədər artırılacaq.
- Təyyarələr üçün istifadə edilən sursat yerli vasitələrlə təkmilləşdiriləcək.

Müdafiə sammiti keçiriləcək

- Müdafiə sənayesi ekosisteminin ehtiyac duyduğu insan resurslarının yetişdirilməsinə kömək etmək məqsədilə şirkətlərin razılığı ilə Müdafiə Sənayesi Akademiyasının inzibati quruluşu yaradılacaq;
- İstanbul Texnopark Texnologiya İnkişaf Zonası genişləndiriləcək. Sahibkar qruplarının sayı 85-dən 115-ə, sahibkarların sayı 147-dən 210-a, personal sayı isə 4161-dən 5000 nəfərə çatdırılacaq;
- Müdafiə Sənayesi Sammiti keçiriləcək.

"Hürkuş" təlim təyyarəsi silahlanmaya daxil ediləcək

Milli Müdafiə Nazirliyinin 100 günlük proqram çərçivəsində önə çıxan əsəs vəzifələrini belə sıralamaq olar:

- "Atak" helikopterlərinin ixrac edildiyi dost və qardaş ölkə Pakistana əlavə olaraq veriləcək dörd ədəd korvetin çatdırılma layihəsinin dizayn bürosunun yaradılması;
- Türkiyə sərhədləri daxilində minalar və partlayıcı maddələri ilə çirklənən 1.6 milyon kvadrat metr sahə təmizlənərək kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti üçün istifadəyə veriləcək;
- Dörd ədəd milli ANKA təyyarəsi və altı ədəd sursatlı PUA ordunun istifadəsinə təqdim olunacaq;
- Yerli və Milli təlim təyyarəsi "Hürkuş" ilk dəfə Hərbi Hava Qüvvələri Komandanlığının silahlanmasına daxil ediləcək;
- 2018-ci ilin noyabr ayında "Google Earth" və "Yandex" kimi xəritə sistemi olan və tamamilə yerli-milli şərtlərə uyğun olaraq hazırlanan HGM və onun tətbiqləri ictimaiyyətin istifadəsinə təqdim ediləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   100-Günlük-Proqram  

“100 Günlük Proqram": Türkiyənin müdafiə sənayesinin prioritetləri – HƏRBİ EKSPERT (MÜDDƏALAR)

2018/08/111111111111_1521129470_1535615843.jpg
Oxunub: 5005     15:57     30 Avqust 2018    

Bizi "telegram"da izləyin