ABŞ QQ hörümçək ipəyindən hazırlanmış bədən zirehini sınaqdan keçirəcək

2018/08/received_258181871487051_1534872116.jpeg
Oxunub: 1368     01:55     22 Avqust 2018    
“Kraig Biocraft Laboratories” hörümçək ipəyindən hazırlanmış zirehli gödəkçələrin sınaq üçün ABŞ Quru Qoşunlarına çatdırıldığını elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq zamanı panelin güllələr və qəlpə kimi digər ballistik təhdidləri dayandırma qabiliyyəti dəyərləndiriləcək.

Bu zirehlər “Dragon Silk” (“Əjdaha İpək”) materialından əldə edilib. “Dragon Silk” ipəkqurdu tərəfindən hazırlanan, lakin hörümçək ipəyinin dayanıqlılığı və elastikliyini təqlid edə bilən genetik olaraq dizaynlaşdırılmış materialdır. “Kraig Biocraft” genetik cəhətdən dəyişdirilmiş qurdların standart ipək sənayesinin istifadə etdiyi infrastruktura daxil edilə biləcəyini iddia edir.

“Bir neçə illik tədqiqat, yatırımlar və təkmilləşdirilmədən sonra biz artıq bu texnologiyanı ABŞ Quru Qoşunlarına ötürdük”, - deyə kompaniyanın icraçı direktoru Con Rays bildirib.

Hörümçək ipəyi fövqəladə dərəcədə möhkəmdir və onun “Kevlar” kimi ənənəvi zirehlərlə müqayisədə daha az çəki, daha yaxşı elastikliklə ballistik müdafiə təmin edə biləcəyi fərz edilir. İpək kompaniyanın İndiana ştatındakı təsisatında istehsal edilib.

Hörümçək torunun uzun zaman ərzində super möhkəmliyə, elastikliyə və ballistik müdafiə imkanına malik olduğu bilinirdi. Lakin bunun istehsalı üçün hazırlanmış hörümçək koloniyalarında həşəratların bir-birini yeməsindən sonra istehsalın qeyri-mümkün olduğu düşünüldü. Genetik cəhətdən dəyişdirilmiş ipəkqurdları isə sözügedən materialın daha geniş istehsalına imkan yaratdı.

Bir neçə qatlı hörümçək ipəyinin poladdan daha möhkəm olduğu bildirilir. Kompaniya bədən zirehinin istehsalı üçün yerli ipəkqurdlarına yeridilmiş çox sayda genetik proteinin patentini əlində salxadığını elan edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hörümçək-İpəyi   Zirehli-Gödəkçə  

ABŞ QQ hörümçək ipəyindən hazırlanmış bədən zirehini sınaqdan keçirəcək

2018/08/received_258181871487051_1534872116.jpeg
Oxunub: 1369     01:55     22 Avqust 2018    