BMT: Yəməndə 800 uşaq əsgər mövcuddur

2018/08/received_462806950902028_1534871718.jpeg
Oxunub: 604     01:11     22 Avqust 2018    
BMT Yəməndə hərbi məqsədlərlə istismar edilən uşaqların üçdə-ikisinin husilər tərəfindən xidmət göstərdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabat 2017-ci ildəki vəziyyəti əks etdirir.

Belə ki, ötən ilin göstəricilərinə əsasən Yəməndə müxtəlif tərəflər 800-ə qədər uşaqdan hərbçi kimi istifadə edib. Hərbi məqsədlərlə istifadə olunan uşaqlar arasında minimum yaş həddi 11, maksimum isə 17 olub.

Qeyd olunub ki, 2017-ci ildə əsgər kimi istismar edilən uşaqların üçdə-ikisi, başqa sözlə 520-dən çoxu husilər tərəfdən çıxış edib. Digərləri isə əsasən Yəmən ordusunun mövqelərindən fəaliyyət göstərib.

Qarşıdurmalar zamanı 100-dən çox uşaq həlak olub, daha 70-ə qədəri isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: BMT   Yəmən  

BMT: Yəməndə 800 uşaq əsgər mövcuddur

2018/08/received_462806950902028_1534871718.jpeg
Oxunub: 605     01:11     22 Avqust 2018    