SQQ terrorçuları Latakiyanın şimalından tamamilə çıxarıb

2018/08/54]_1534855347.jpg
Oxunub: 396     20:41     21 Avqust 2018    
Suriya Quru Qoşunları “Cəb Əl-İslam” və “ Hayat Təhrir Əş-Şam” terrorçu qruplaşmalarına ağır zərbələr endirib.

Ordu.az “Al Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, terrorçular Latakiyanın şimalında nəzarət altında saxladıqları bölgələrdən tamamilə çıxarılıblar.

Belə ki, ordunun bölgənin Təl Zivəqiyət təpəlikləri yaxınlığında terrorçulara məxsus mövqelərə endirdiyi artilleriya hücumları hər 2 qruplaşmanı bölgədən çıxmağa məcbur edib.

Məlumata əsasən, əməliyyatlar zamanı azı 40 terrorçu məhv edilib, 20-dən çoxu yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: SQQ   Terror  

SQQ terrorçuları Latakiyanın şimalından tamamilə çıxarıb

2018/08/54]_1534855347.jpg
Oxunub: 397     20:41     21 Avqust 2018    