İran “Karakurt” korvetləri ala bilər

2018/08/Снимок_1534851173.png
Oxunub: 360     19:31     21 Avqust 2018    
Rusiyanın "Almaz" Mərkəzi Donanma Layihə Bürosu istehsal etdikləri döyüş gəmiləri ilə bağlı İrandan rəsmi tələb irəli sürülə biləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Büronun icraçı direktoru Aleksandr Şliyaxtenko bildirib.

O qeyd edib ki, bir çox dövlətlər şirkətin istehsal etdiyi “Karakurt” korvetlərini almaqla bağlı rəsmi tələb irəli sürüblər.

“Vyetnam, Çin, Hindistan və İndoneziya bizim ənənəvi müştərilərimizdir. Onlar korvetlərlə bağlı rəsmi tələb göndərsələr də, İran ilk dəfə olaraq gəmilərlə maraqlanmağa başlayıb. Belə ki, İran rəsmi şəkildə müqavilə imzalamasa da, bir sıra yüksək səviyyəli nümayəndələr vasitəsilə “Karakurt”lara olan marağını nümayiş etdirib. Biz sözügedən korvetlərin İrana satışından məmnun olarıq”, - deyə o, əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   Karakurt   Döyüş-Gəmisi  

İran “Karakurt” korvetləri ala bilər

2018/08/Снимок_1534851173.png
Oxunub: 361     19:31     21 Avqust 2018    