ABŞ donanması gələcək təlim sistemləri müqaviləsi üçün tender elan edib

2018/08/Снимок_1534850322.png
Oxunub: 344     19:20     21 Avqust 2018    
ABŞ donanması gələcək təlim sistemlərinin hazırlanmasını nəzərdə tutan müqavilənin bağlanması məqsədilə tender elan edib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, artıq tenderdə iştirak etmək üçün ümumilikdə 23 kompaniya seçilib. Kompaniyaların seçimi zamanı əsasən kiçik bizneslərə üstünlük verilib.

Nəticə etibarilə seçilən kompaniyalar arasında aşağıdakılar var: “Aero Simulation”, “Apogee-SAIC Capabilities Integrator”, “CymSTAR”, DiSTI, “JF Taylor”, “Logistic Services International” və s.

Qeyd edək ki, bu kompaniyalar arasından seçilən firma ilə bağlanacaq müqavilədə P-8A, E-6B və H-60 platformalarına dair xidmətlərin də nəzərdə tutulması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Təlim-Sistemləri  

ABŞ donanması gələcək təlim sistemləri müqaviləsi üçün tender elan edib

2018/08/Снимок_1534850322.png
Oxunub: 345     19:20     21 Avqust 2018    