Çin yeni zirehli gödəkçələrin sınaqlarını keçirir

2018/08/Снимок_1534849462.png
Oxunub: 233     19:02     21 Avqust 2018    
Çin özünün yeni və kifayət qədər davamlı zirehli gödəkçələrinin ilkin sınaq mərhələsinə start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin hərbi mənbələri yayıb.

Bildirilib ki, ipək, fərqli növ kimyəvi materiallar və yüngül poladdan istifadə edilərək hazırlanan yeni gödəkçə xarici analoqlarından fərqli olaraq aşağı çəkiyə sahibdir.

Belə ki, eyni göstəricilərə sahib standart zirehli gödəkçə 18-23 kiloqram aralığında dəyişdiyi halda, “Hörümçək Adam Uniforması” adı verilən yeni zirehli gödəkçənin çəkisi 13,56 kiloqram təşkil edir.

Məlumata əsasən, 8 metr məsafədən endirilən 7,56 mm-lik mərmilərə qarşı maksimum effektivlik göstərən qoruyucu jiletin kütləvi istehsalına oktyabr ayından etibarən start veriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Çin   Zirehli-Gödəkçə  

Çin yeni zirehli gödəkçələrin sınaqlarını keçirir

2018/08/Снимок_1534849462.png
Oxunub: 234     19:02     21 Avqust 2018    