Hərbi ehtiyat hissələri logistikası bazarı: 2013-2023

2018/08/Снимок_1534848624.png
Oxunub: 294     18:51     21 Avqust 2018    
Hərbi məhsullar üzrə ehtiyat hissələrinin logistikası bazarında son dövrlərdə kəskin inkişaf tendensiyası yaşanır.

Ordu.az xəbər verir ki, bu barədə “İndustry Today” jurnalının yayımladığı hesabatda qeyd olunub.

Bildirilib ki, hazırda KUEHNE+NAGEL, DHL, “Lockheed Martin”, “Ryder” və SEKO korporasiyalarının ilk 5 yeri tutduğu bazar çox az sayda hərbi sektorlardandır ki, orada dominantlıq ABŞ-a məxsus deyil.

Belə ki, 2013-cü ildə 12,1 milyard, 2018-ci ildə 15,7 milyard dollar olan bazarın təxminən 26 faizi Almaniyada formalaşır ki, bu baxımdan da Avropa təmsilçisi sektorda liderlik edir. ABŞ isə 22 faiz bazar payı ilə bu sahədə 2-ci yeri tutur.

Hazırda orta hesabla 6,1 faiz artım tendensiyasına sahib bazarın 2023-cü ildə həcminin 21-22 milyard dollar olacağı ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Ehtiyat-Hissələrinin-Logistikası   Bazar-Araşdırması  

Hərbi ehtiyat hissələri logistikası bazarı: 2013-2023

2018/08/Снимок_1534848624.png
Oxunub: 295     18:51     21 Avqust 2018    