Husilər Nəcrana növbəti raket hücumu həyata keçiriblər

2018/08/1051116265_1534847487.jpg
Oxunub: 216     18:33     21 Avqust 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Nəcran vilayətində yerləşən Ərəb koalisiyasına məxsus hərbi düşərgəyə növbəti raket hücumu həyata keçiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.

Bildirilib ki, qiyamçılar bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasına məxsus hərbi bazaya ballistik raket hücumu həyata keçiriblər.

Məlumata əsasən, hücum nəticəsində koalisiyanın 4 hərbçisi həlak olub, daha 2-si isə yaralanıb.

Qeyd edək ki, hələlik qarşı tərəfdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Səudiyyə-Ərəbistanı   Ərəb-Koalisiyası   Yəmən   Husilər  

Husilər Nəcrana növbəti raket hücumu həyata keçiriblər

2018/08/1051116265_1534847487.jpg
Oxunub: 217     18:33     21 Avqust 2018    