İran ilk milli qırıcı təyyarəsini təqdim edib - FOTOLAR

2018/08/1397053010284916115098004_1534841214.jpg
Oxunub: 2981     16:51     21 Avqust 2018    
İran prezidentinin bu gün qatıldığı mərasimdə ölkənin ilk milli qırıcı təyyarəsi nümayiş etdirilib.

Ordu.az “Tasnim News”a istinadən xəbər verir ki, təyyarənin həm dizaynı, həm də istehsalı yerli ekspertlər tərəfindən həyata keçirilib.

“Kövsər” adı verilən təyyarə ölkənin avqustun 22-də qeyd olunan Milli Müdafiə Sənayesi Günü ərəfəsində təqdim edilib.

Onun İran Müdafiə Nazirliyinin ekspertləri tərəfindən göstərilən intensiv tədqiqat və istehsal səyləri nəticəsində ərsəyə gəldiyi bildirilir. Təyyarə müxtəlif növ silahlar daşımağa və qısa hava dəstək missiyalarında istifadə edilməyə uyğundur.

“Kövsər”in yüksək inteqrasiya edilmiş arxitekturası və dördüncü nəsil rəqəmsal məlumat şəbəkəsindən istifadə edən atışa nəzarət sistemi var.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   HHQ   Kövsər  

İran ilk milli qırıcı təyyarəsini təqdim edib - FOTOLAR

2018/08/1397053010284916115098004_1534841214.jpg
Oxunub: 2982     16:51     21 Avqust 2018    