İran XİN: “Aİ nüvə sazişinin xilası üçün səylərini sürətləndirməlidir”

2018/08/39581410_2319957144711644_6063626251443109888_n_1534771535.jpg
Oxunub: 218     22:34     20 Avqust 2018    
İran Avropa İttifaqını 2015-ci ildə İran və əsas dünya gücləri tərəfindən imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planını xilas etmək üçün göstərdiyi səyləri sürətləndirməyə çağırıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi danışıb.

“Avropalılar və digər imzalayan tərəflər müqavilənin qüvvədə qalmasına çalışırlar. Lakin proses çox ləng gedir. O, sürətlənməlidir”, - deyə Qasımi bildirib.

Qeyd edək ki, ABŞ prezidenti may ayında ölkəsinin bu müqavilədən çəkildiyini elan etdikdən sonra müqaviləni imzalayan digər tərəflər onun qüvvədə qalmasını təmin etmək məqsədilə səylərini birləşdirməyə razılıq veriblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   İran   Avropa   Nüvə-Sazişi  

İran XİN: “Aİ nüvə sazişinin xilası üçün səylərini sürətləndirməlidir”

2018/08/39581410_2319957144711644_6063626251443109888_n_1534771535.jpg
Oxunub: 219     22:34     20 Avqust 2018    