Qani orduya “Taliban”a qarşı əməliyyatlara davam etmək əmri verib

2018/08/345_1534762163.jpg
Oxunub: 392     18:51     20 Avqust 2018    
Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban”ın hökumətin atəşkəs təklifinə konkret cavab verməməsindən dolayı ordunun əməliyyatlara davam etməsini istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Prezident Administrasiyasının Mətbuat xidməti yayıb.

Bildirilib ki, prezident Əşrəf Qani vilayət rəhbərləri və Müdafiə Nazirliyinin ali rütbəli rəsmiləri ilə keçirilən video telekonfransda əməliyyatların davam etdirilməsi ilə bağlı əmr verib.

Prezident qeyd edib ki, hökumət qurban bayramı münasibətilə atəşkəs razılığı əldə etmək təklifinə “Taliban”ın cavabını daha çox gözləmək fikrində deyil.

Buna görə də Əfqanıstan ordusu əməliyyatlarını qurban bayramı günlərində də davam etdirəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Qani   Əfqanıstan   Taliban  

Qani orduya “Taliban”a qarşı əməliyyatlara davam etmək əmri verib

2018/08/345_1534762163.jpg
Oxunub: 393     18:51     20 Avqust 2018    