İran yeni HHM sisteminin yekun sınaq mərhələsinə start verib

2018/08/234234234_1534761875.jpg
Oxunub: 416     18:42     20 Avqust 2018    
İranın uzaq mənzilli “Bavar-373” hava hücumundan müdafiə sisteminin yekun sınaq mərhələsinə start verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Müdafiə nazirinin müavini briqada general Rza Taleyi bildirib.

O qeyd edib ki, sözügedən hava hücumundan müdafiə sistemləri Rusiyanın S-300 sistemlərinin təkmilləşdirilmiş versiyasıdır.

“Təqdim edilən “Bavar-373” hava hücumundan müdafiə sisteminin ilkin versiyasının sınaqlarına start verilib. Hələlik sınaqlar uğurlu davam edir. Əgər yekun testlərin son mərhələsinə qədər sistemlərdə hər hansısa problem aşkarlanmasa, onda 2020-ci ildən etibarən “Bavar-373”ün istifadəsinə başlanılacaq”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   HHM  

İran yeni HHM sisteminin yekun sınaq mərhələsinə start verib

2018/08/234234234_1534761875.jpg
Oxunub: 417     18:42     20 Avqust 2018    