Rusiya niyə heç vaxt aviadaşıyıcı üzrə supergüc ola bilməyib? – ARAŞDIRMA

2018/08/345_1534761058.jpg
Oxunub: 2875     18:29     20 Avqust 2018    
Sovet İttifaqı dünya tarixinin gördüyü ən geniş, ən çox sənayeləşmiş ölkələrindən biri idi. Onun mühəndislik istedadı və istehsal qabiliyyətinə baxmayara, 74 illik mövcudluq tarixində SSRİ əsl aviadaşıyıcı ərsəyə gətirə bilmədi.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, ölkənin aviadaşıyıcılar tikmək üçün bir neçə planı var idi və Soyuq Müharibənin sonunda belə “Ulyanovsk”ın üzərində işləyirdi.

1927-ci ildə Sovet liderliyi çarlıq dövründə qalma “İzmail” kreyserinin aviadaşıyıcıya çevrilməsi planını təsdiqlədi. “İzmail” 1913-cü ildən tikilməkdə idi və hələ də yekunlaşmamışdı. O, 35 min ton yükgötürmə qabiliyyətinə malik idi ki, bu da ABŞ donanmasının “Lexington” sinifli dəniz daşıyıcısın gücünə bərabər idi.

Lakin Sovet donanmasının bədbəxtliyindən “İzmail”in tikintisi heç vaxt tamamlanmadı və tədricən sıradan çıxdı. O, dövrlər Sovet İttifaqı özünün güclü qonşularına qarşı dura biləcək nə quru qoşunları, nə də donanma tikməkdə uğurlu ola bilirdi.

Stalinin dövründə Sovet İttifaqı beşillik plan çərçivəsində iqtisadi və kənd təsərrüfatı sahəsində tədbirlər görməyə başladı. 1938-ci ildə üçüncü beşillik planda iki ədəd aviadaşıyıcının hazırlanması nəzərdə tutulurdu. “Çapayev” sinifli kreyserlər əsasında hazırlanacaq olan bu gəmilər “Layihə 71” sinifli olaraq adlandırıldılar. 192 metr uzunluğunda uçuş göyərtəsinə malik olacaq bu gəmilər hər biri 13 min ton yükgötürmə qabiliyyətinə malik olacaq, 15 qırıcı təyyarə və 30 torpedo bombardmançısı daşıya biləcəkdi. Aviadaşıyıcıların istehsalına dair qərar 1939-cu ildə qəbul edilsə də, İkinci Dünya Müharibəsindən dolayı yarıda qaldı və heç vaxt tamamlanmadı. Bundan sonra daha böyük – 22 min tonluq daşıyıcının istehsalı təklif olundu, lakin tikintisinə heç vaxt başlanmadı.

Müharibədən sonra Qırmızı Ordu ilə Avrasiyada quruda dominant güc olduqdan sonra Sovet donanması yenidən aviadaşıyıcılara diqqət çəkdi. Donanma personalı 15 aviadaşıyıcılıq filotiliyaya sahib olmaq istəyirdi. Sakit Okean və Şimal filotiliyası arasında əməliyyat aparacaq bu gəmiləri 9-u böyük, 6-sı isə kiçik olmalıydı. Böyük gəmilərin 6-sı Sakit Okean, geri qalanı isə Şimal filotiliyasının sərəncamına verilməli idi. Lakin Stalin artıq aviadaşıyıcı istəmir, döyüş gəmiləri və kreyserlərə üstünlük verirdi. Sovet sənayesi də bundan dolayı bu növ gəmilərin tikilməsinin hələlik mümkün olmadığını bildirdi.

Stalinin xələfi Nikita Xruşşov 1953-cü ildə Baş katib olduqdan sonra donanma üçün bir ədəd yüngül daşıyıcının hazırlanması təklifini verdi. Gəmi sadəcə 28 min ton yükgötürmə qabiliyyətinə malik olmalı, 40 ədəd MiQ-19 qırıcısı daşıya bilməli idi. Bu layihə də tikintisi başlamadan ləğv edildi.

1962-ci ildə SSRİ Ukraynanın “Nikolayev” tərsanəsində iki ədəd aviadaşıyıcının tikintisinə başladı. Bunlar “Moskva” və “Leninqrad” adlandırıldılar. Onların ön tərəfi ənənəvi idarə olunan raket kreyserinə bənzəyirdi. Arxasında isə uçuş göyərtəsi, anqar və təyyarəni iki gəmi arasında daşıyan qaldırıcı yerləşirdi. “Moskva” sinfi ABŞ və Britaniyanın “Polaris” raket sualtı gəmilərini ovlamaq üçün dizaynlaşdırılmışdı.

Hər birində 12-yə qədər sualtı gəmi əleyhinə müharibə helikopteri yerləşdirdi, lakin onun hücum üzrə silahlanması zəif idi.

Bu gəmiləri 1970 və 1980-ci illərdə “Kiyev” sinifli gəmilər izlədi. Yeni gəmi də oxşar missiya üçün nəzərdə tutulmuşdu. Həmin müddətdə isə ABŞ daha uzaq mənzilli “Tridend” raketlərini istifadəyə verdi. Bu isə o deməkdir ki, artıq Sovet donanması ABŞ aviadaşıcıyılarını öz su ərazisindən daha uzaq məsafədə qarşılamalı idi. Nəticə etibarilə “Kiyev”lərin silahlanmasına SS-N-12 “Sandbox” gəmi əleyhinə raketlər əlavə edildi. Onların hər biri 350 kiloton nüvə başlığı daşıya bilirdi. Bu sinifdən dörd gəmi tikildi, beşincisinin tikintisi isə başa çatmadı.

1980-ci illərin ortalarında Sovet donanmasının əsas ekspansiya dövrü idi. SSRİ 50 min tonluq iki aviadaşıyıcı və “Ulyanovsk” nüvə imkanlı superdaşıyıcının tikintisinə başladı. Bu gəminin qabiliyyətləri təxminən ABŞ-ın “Nimitz” gəmisinə bərabər idi. Onlardan sadəcə birinin tikintisi Soyuq Müharibənin bitməsindən əvvəl tamamlandı. Bu gəmi, hələ də Rusiya donanması tərəfindən istifadə edilən “Admiral Kuznetsov”dur. Tikintisi tamamlanmamış gəmilər isə Çin tərəfindən satın alındı və Xalq Azadlıq Ordusunun donanması üçün hazırlanaraq 2012-ci ildə “Liaoning” adı ilə istifadəyə verildi. “Ulyanovsk” isə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra onun tamamlanmamış gövdəsini miras alan Ukrayna tərəfindən məhv edildi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SSRİ   Aviadaşıyıcı  

Rusiya niyə heç vaxt aviadaşıyıcı üzrə supergüc ola bilməyib? – ARAŞDIRMA

2018/08/345_1534761058.jpg
Oxunub: 2876     18:29     20 Avqust 2018    