Rusiyanın yenilənmiş Mi-26T2V helikopteri ilk uçuşunu edib

2018/08/34534_1534759538.jpg
Oxunub: 280     18:01     20 Avqust 2018    
Rusiyanın yenilənmiş ağır Mi-26T2V helikopteri modernizasiyadan sonrakı ilk uçuşunu həyata keçirib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Russian Helicopters” firmasının mətbuat xidməti məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələri üçün təkmilləşdirilmiş Mi-26T2V helikopteri “Russian Helicopters”in uçuş sınağı mərkəzində ilk uçuşunu həyata keçirib”, - deyə məlumatda qeyd olunub.

“Russian Helicopters”in bir qolu olan “Rosvertol” kompaniyası tərəfindən istehsal edilən prototip “Army – 2018” forumunda iştirak etmək məqsədilə yaxın günlərdə Moskvaya aparılacaq.

Firmadan edilən açıqlamada bildirilir ki, sözügedən helikopterin yeni növünün Rusiya ordusuna təqdimatı Rusiyanın 2018-2027 dövlət silahlanma proqramı əsasında baş tutub.

Qeyd edək ki, modernizasiya edilmiş helikopter 20 ton yükgötürmə qabiliyyətinə malikdir. O, NPK90-2 radio-elektron ləvazimatı və helikopterin müxtəlif növ raketlərdən müdafiəsini təmin edəcək müdafiə sistemi ilə təchiz edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Helikopter   Mi-26T2V  

Rusiyanın yenilənmiş Mi-26T2V helikopteri ilk uçuşunu edib

2018/08/34534_1534759538.jpg
Oxunub: 281     18:01     20 Avqust 2018    