İran yeni qırıcı təyyarəsini təqdim edəcək

2018/08/345345_1534756434.jpg
Oxunub: 651     17:54     20 Avqust 2018    
İran 22 avqustda keçiriləcək “Milli Müdafiə Sənayesi Günü” tədbirində yeni qırıcı təyyarəsini nümayiş etdirəcək.

Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İranın Müdafiə naziri general Əmir Hatəmi bildirib.

O qeyd edib ki, İranın təqdim ediləcək yeni raketi heç də xarici rəqiblərindən geri qalmır və onun təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək.

“Bizim əsas prioritetimiz öz raket proqramımızın təkmilləşdirilməsi olsa da, təyyarələrin və digər hərbi sənaye məhsullarının istehsalını da diqqət altında saxlayırıq. İstehsal etdiyimiz hər bir məhsul kimi bu qırıcı da özünün yüksək keyfiyyəti ilə seçiləcək. Biz xarici rəqiblərindən geri qalmayan bu qırıcının 10 illik növbəti təkmilləşdirilmə dövrünü həyata keçirəcəyik”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   Qırıcı  

İran yeni qırıcı təyyarəsini təqdim edəcək

2018/08/345345_1534756434.jpg
Oxunub: 652     17:54     20 Avqust 2018    