İraqda ABŞ hərbi helikopteri qəzaya uğrayıb – Yaralılar var

2018/08/45645_1534755752.jpg
Oxunub: 379     16:59     20 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter İraqda qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən helikopter ABŞ HHQ-də geniş miqyasda istifadə olunan MH-60 “Black Hawk” helikopteridir.

Məsələ ilə bağlı İraqdakı ABŞ hərbi qüvvələrinin mətbuat katibi polkovnik Sin Rayn bildirib ki, qəza nəticəsində azı 20 hərbçi yaralanıb, itki yoxdur.

Hələlik hadisəyə nəyin səbəb olduğu bilinməsə də, onun helikopterdəki nasazlıqdan dolayı baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, qəzanın təyyarə qalxarkən baş verməsi itkilərin qarşısını alan başlıca faktor olub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İraq   ABŞ   Qəza   HHQ  

İraqda ABŞ hərbi helikopteri qəzaya uğrayıb – Yaralılar var

2018/08/45645_1534755752.jpg
Oxunub: 380     16:59     20 Avqust 2018    