Türkiyənin T625 milli helikopteri ilk uçuşuna hazırlanır

2018/08/thumbs_b_c_cbaabb5357a9cc588663eb3891eaabc4_1534753965.jpg
Oxunub: 779     16:32     20 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri və digər qurumların ümumi məqsədli helikopter ehtiyacının qarşılanması məqsədilə həyata keçirilən proqram çərçivəsində hazırlanan T625 helikopterinin ilk prototipinin istehsalı tamamlanıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, artıq helikopterin sınaq mərhələsinə başlanıb.

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin koordinasiyasında “Türk Havacılık Uzay Sanayii” (TUSAŞ) tərəfindən ərsəyə gətirilən helikopterin dizayn və istehsalının yerli olduğu bildirilir.

Helikopterlərdən hazırlanması tamamlanan ilk prototip yer və uçuş sınaqları üçün bu sınaqların həyata keçiriləcəyi bazaya aparılıb. Burada prototip üzərində görüləcək intensiv sistem və yer sınaqlarından sonra uçuş sınaqlarının başlanması planlaşdırılır.

Qeyd edək ki, T625-in hazırlanmasını nəzərdə tutan proqramın başladılmasına dair qərar 2010-cu il iyunun 15-də Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən qəbul edilib.

Hazırlanmasında ATAK-dan əldə edilən təcrübədən istifadə edildiyi helikopterin 2 ekipaj və 12 sərnişin götürmə imkanına malik olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   T625  

Türkiyənin T625 milli helikopteri ilk uçuşuna hazırlanır

2018/08/thumbs_b_c_cbaabb5357a9cc588663eb3891eaabc4_1534753965.jpg
Oxunub: 780     16:32     20 Avqust 2018    