SQQ hərbi karvanı Deyr əz-Zora göndərilib

2018/08/13970226000962_Test_PhotoI_1534753380.jpg
Oxunub: 346     16:16     20 Avqust 2018    
Suriya Quru Qoşunlarına məxsus yüzlərlə hərbi texnikadan ibarət karvan Deyr əz-Zor bölgəsinə göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu rəhbərliyi Deyr Əz-Zorun terrorçulardan və müxaliflərdən azad edilən bölgələrində hökumətin fəaliyyətlərinin bərpa edilməsi məqsədilə bölgəyə geniş miqyaslı hərbi karvan göndərib.

Məlumata əsasən, 2 min nəfərlik hərbi karvan bölgənin Fərat çayı sahilindəki Dəvayər və Kəşəmə bölgələrinə, həmçinin Əlbu-Kamal şəhərinə gedən magistral yola nəzarət edəcək.

Eyni zamanda Badiyədəki bölgə rəhbərliyinin fəaliyyətləri də bərpa olunacaq.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: SQQ   Deyr-əz-Zor  

SQQ hərbi karvanı Deyr əz-Zora göndərilib

2018/08/13970226000962_Test_PhotoI_1534753380.jpg
Oxunub: 347     16:16     20 Avqust 2018    